Həyatdan||club5050/12.05.2022/ (100% beneficiaries for Steemit Azerbaijan)

2개월 전

Salam, Steemitçilər? Necəsiz? Postun əvvəlində havaların necə olduğu, bir də ayın necə keçdiyi haqqında məlumat verməsəm olmaz.

IMG_20220512_205256_151.jpg

Bugün hava əynini nazik geyin, amma pencəyini də əlində götür dərəcə selsi idi. May ayı da öz sürəti ilə davam edir. Daha əvvəl mayı çox sevdiyimi demişdim? Məncə, hə. Tək problem isə təqdimatlarımın yığılıb son günlərə qalmasıdır, bir şey etmək istəyəndə tez yadıma düşüb həvəsimi qaçırır. Bu da həll olur yavaş-yavaş, artıq 3-ü hazırdır, qalıb digər 3-ü.

IMG_20220512_205438_344.jpg

Sonra isə daha böyük problemlər başlayır. Təxmin etmiş olarsınız, bəli, imtahanlar. Keçən semestrdən sonra dərs çıxarmışdım və bu semestr bütün dərslərimi vaxtında oxuyacaqdım, əlbəttə,olmadı belə. Heç fərqində olmadan bolca dərslər keçmişik. Bir qalıb həmin dərsləri imtahana bir gün qalmış öyrənməyə çalışmaq. Hətta bu mövzuda mənim çox gözəl bir postum da var, linkini qoyum oxuyarsınız). Link
Bu post ümumi olduğu üçün mövzudan-mövzuya sərbəst keçid olacaq😄

IMG_20220511_211941_1.jpg

Deməli, dünən axşam xəbərlərə baxırdım, belə bir vərdişim yoxdur, əslində, sadəcə balacamıza mən baxmalı idim, o telefonda cizgiyə baxdığı üçün televizor da mənə qalmışdı. Sanki evren mənə post yazmaq üçün kömək edir. Ya da mən hər şeyi çox analiz edənəm.
Başlığı oxudunuzsa gəlin fikirlərimizi bölüşək, mən 'arvad' yazılmağının düzgün olmadığını düşünürəm. Məncə, dilimizdə bu sözü əvəz edəcəyimiz daha yaxşı sözlərimiz var. Nəhayət gəldik postun sonuna, oxuduğunuz üçün təşəkkürlər🙏🏻

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

keçən semestrdən dərs çıxarmışdım yazdın elə bildim deyəcəksən bu semestr bütün dərslərimi vaxtında oxumuşam😂😂yenə də uğurlar hər birimizə :)