Kəpənək effekti🦋||club5050/(100% beneficiaries for Steemit Azerbaijan)/

지난달

Amazon meşəsindəki bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına qopara bilər desəm inanarsınız? Qulağa normal gəlməsə də, bəli, mümkündür. Gəlin bunun necə olduğunu araşdıraq.

IMG_20220522_231049.jpg

Bu nəzəriyyə Edvard Lorens tərəfindən izah olunmuşdur. Alim kompüterlə havanın vəziyyəti ilə bağlı hesablama aparanda ilk 0,506127; ikinci isə 0,506 sayını alır. Bu iki ədəd arasındaki 1/1000 fərqin olmasına baxmayaraq hesablamalara əsasən alınan nəticələr olduqca fərqli olur. Həmin o 1/1000 fərq kəpənəyin bir qanad çırpmasındaki yaranan küləklə eyni olduğu üçün bu nəzəriyyə "Kəpənək effekti" adlanır.

IMG_20220522_231019.jpg

Əlbəttə, bir kəpənək fırtınaya güc verə və ya onu bir başa yarada bilməz, lakin bir qanad çırpması ilə sistemin orbitində dəyişiklər yarada bilir. Beləliklə kiçik dəyişiklər böyük nəticələrə səbəb ola bilər. Həyatımızda da belədir, bəzən böyük nailiyyətləri əldə etmək üçün ilk addımı ata bilməyimiz yetərlidir. Çünki o addımdan sonra yaranan dəyişiklər özü bizi doğru yolla aparacaqdır.

~Belə, Steemitçilər, yenidən görüşənədək🌼

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Wow so much amazing👍👍👍😍 Maraqlıdırki, o cür xırdalıqları necə hesablayırlar🤔

·

Nələr var həyatda😄💤