Əl əməyi, göz nuru🤗||club5050/10.05.2022/ (100% beneficiaries for Steemit Azerbaijan)

2개월 전

Salam, Steemitçilər, necəsiz? May ayı öz sürəti ilə gedir, hər gün də bir əlamətdar gündür. Hələ qabaqda da bir neçəsi var. Elə buna görə də may ayı belə sürətlidir. Hava da bugündən sanki yaxşılaşmağa doğru gedir. Ruhumuza da yaz gəlsəydi bircə💤.

IMG_20220510_222921.jpg

Hə, keçək postumuza. Gəlin Lahıcı biraz da yaxından gəzək. Qədimiliyi, qədimi məişət əşyalarını sevənsiz? Belədirsə o zaman tam yerinə gəlmisiniz😄. Deməli, Lahıcda qədimi əşyalar satan kiçik bir yerə girmişdik. Əlbəttə, mən yenə çox bəyəndim. Əşyaların zərifliyi, gözəlliyi onların qiymətindən xəbər verirdi. Olduqca bahalı idilər, amma necə deyərlər buna dəyirdi, hətta daha çox da ola bilərdi.

IMG_20220510_223031.jpg

Bir xeyli gəzib, şəkil çəkdik. Hətta həmin yerin sahibi ilə də söhbət etdik, "ton-ton bir əmi" idi. Bizə məlumatlar verirdi. Olduqca maraqlı idi, biz orda olanda gələn müştərilərdən biri samovar haqqında soruşurdu.

IMG_20220510_224109_231.jpg

Qiyməti 1200 manat idi. Bizim də qədimi samovarımız var, keçmişdə babam nənəmə hədiyyə edib indi isə bizdədir, bir an onun dəyəri artdı gözümdə. Satmaq haqqında da düşündüm😄.

IMG_20220510_223218.jpg

Daha sonra bu gözəl məkandan sağollaşıb çıxdıq. Dünən paylaşdığım o səliqəli piştaxtalardan gözəl bitkilər almamaq olmazdı. Çeşid olduqca çox idi, göz oxşayırdı.

IMG_20220510_223604.jpg
IMG_20220510_223441_095.jpg

Ordaki bitkilərin çox az bir hissəsini bilirdim. Bəzilərini iyindən tanıyırdım, məsələn kəklik otu. Nanəli kəklik otunu isə daha əvvəl görməmişdim. Birazca əlinizə sürtəndə nanənin ətri hər tərəfi bürüyürdü. Mən həm çay dəmləmək üçün, həm də çaya atmaq üçün bitkilər aldım, sınadıq da çox gözəl idilər. Sevirsiniz bitki çaylarını? Belə, Steemitçilər, oxuduğunuz üçün təşəkkürlər. Hələlik, onsuz hər gün burdayıq. Sağlıqla qalın.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Ümumiyyətlə İsmayıllı zonası, Basqal, Lahıc tərəflər daha çox "otları" ilə tanınır, nəyinki mis qabları))