The diary game:27.05.2022Dərin bir nəfəs[club5050]/(100% beneficiaries for Steemit Azerbaijan)/

지난달

Salam, Steemitçilər, necəsiz? Bugün böyük post yazan günümdür. Bu həftə ərzində bütün günlərim çox məşğul keçib. Bir semestr ərzində etməli olduğum bütün hər şeyi son beş günə saxlamışdım. Çatdıra bilməyəcəyim üçün narahat idim. Ən son harda qalmışdım.

IMG-20220528-WA0033.jpg

Məncə, 2.ci gün üçün Mülki-müdafiə fənnindən quizə hazırlaşırdım. İmtahana düşəcək materialın bir hissəsini öyrənməli idim, vaxt az olduğu üçün bu da gecə yatmamaq mənasına gəlirdi. Nəticədə öyrənə bildim, aldığım bal da yaxşı idi.

IMG_20220528_130004.jpg

Daha sonra 3.cü gün üçün
•Fiziki-kimyadan təqdimat
•İngilis dilindən təqdimat öyrənməli,
•Laboratoriya dəftəri hazırlamalıydım.
Semestr boyu işlədiyimiz bütün işlərin qrafiklərini çəkmək məni gözləyirdi. Çətinliklə də olsa hamısını çatdıra bildim.

IMG-20220528-WA0035.jpg

4-cü günə
•Analitik-kimyadan təqdimatı hazırlamalı, öyrənməli
•Bu fəndən quiz, laboratoriya işini öyrənməliydim.
Bugün məni evə dört 10-la yola saldılar. Bəzi müəllimlərimiz bizə sonraki illərdə dərs keçməyəcək, son günlərdə bizim təkcə savadımızı, aktivliyimizi deyil, həm də necə bir tələbə, insan olduğumuzu da qiymətləndirirlər ki, mən də ən çox buna önəm verirəm. Mənə yazdıqları yüksək baldan çox, mənim haqqında olan müsbət fikirləri həvəsləndirir məni.

IMG_20220528_103148.jpg

Məncə, bu daha önəmlidir. Tək biz cəhətdən deyil, həm də müəllim cəhətdən də. Bir semestr birlikdə olmağımıza baxmayaraq heç tanımaq istəmədiyimiz müəllimlər də olur, yaxşıki tanıdıq, kaş yenə dərs keçəydi dediklərimiz də. Bu dəyərləndirməni biz az ya da çox bal yazmağına görə və s. etmirik. Məncə, ən vacib, bir müəllimin tələbəni anlaması, ona söz haqqı verməsidir.

IMG_20220528_103053.jpg

Daha sonra gəldik ən son günə. Dünən Məntiqdən təqdimat hazırlayıb, öyrənib getməliydim. Hazırlamaq üçün çox vaxt sərf etmişdim, üstündə əmək var idi deyə çox gözəl idi. Yaxşı da öyrənmişdim deyə bilərik. 20 almaq istəyirdim. Sıra mənə çatdı, cavab verdim, 18 aldım. Balımı qaldıra bilərikmi deyə soruşdum, heç müəllim fikir vermədi. Əslində aldığım bal yaxşı idi, ama yenə də 20 istəyirdim deyə çox pis oldum dərs boyu. Sinifdən sağollaşıb çıxanda müəllim sənə 19 yazdım dedi. Çox sağolun yazdığınız üçün də, niyə ən sonda deyirsiz, deyin vaxtında sevinim də.

IMG-20220528-WA0036.jpg

Beləliklə, artıq dərin bir nəfəs ala bilərdim. Etməli olduğum hər şeyi layiqincə çatdırdım. Nəticələrimdən razı idim. İlk dəfə idi ki, daha yaxşı ola bilərdi yerinə daha tez edə bilərdim dedim. Son günlər belə olsa çatdırdım deyə, məncə növbəti illər üçün dərs çıxarmadım, çünki düşünəcəm ki, çətin də olsa bacara bilirəm. Həftənin bütün yorğunluğunu evə gələndə hiss etdim, çünki bir saat uzanım, sonra post yazaram dedim, bir də ayılanda gecə 2-ə işləmişdi. Beləliklə dünən üçün yazacağım post bugünə qalmışdı.

IMG-20220520-WA0044.jpg

Artıq imtahanlarımızın başlamasına çox az qalıb, biz də yavaş-yavaş oxumağa başlamalıyıq. Bilmirəm havadandır yoxsa, nə isə heç imtahan abu-havasına girə bilmirəm. Ümid edirəm ki, hamısını yaxşı nəticələrlə verə bilərik. Belə, Steemitçilər, oxuduğunuz üçün təşəkkürlər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

İmtihanlarınızı başarılar dilerim Umarım hepsini başarıyla verirsiniz🤗🙏

·

Çox sağolun, təşəkkürlər🤗

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

·

Thank youu🙏🏻