The diary game||club5050/20.05.2022/ (100% beneficiaries for Steemit Azerbaijan)

지난달
Salam, Steemitçilər. Necəsiz? Sizə bugün quiz olduğunu demişdim? Bizim bir Materiallar haqqında elm adlı dərsimiz var. Bugün bu fəndən quiz olmalıydı, bütün semestr boyu keçilənlərdən sual-cavab edəcəkdi, vaxt az olduğu üçün yaxşı hazırlaşmamışdım, öyrəndiklərimi də qarışdırırdım, nəticəm də bir qədər yaxşı olmadı, ama hazılaşmadığıma görə aldığım bal yaxşı idi, məncə.

IMG_20220520_211830.jpg

Bugünkü postum günlükdü ona görə sizə gərək etdiklərimin hamısını yazam😄. Deməli, fiziki-kimya fənnindən 10 laboratoriya işimiz var və biz bu işləri 5 nəfərlik qruplar şəklində verirdik, mənim ama bir işim qalmışdı, qalan bütün tələbələr verdikləri üçün mən bugün həmin işi tək etməliydim. Bu isə mənə çox çətin, qorxulu gəlirdi, çünki hələ də kolbanı, sınaq şüşəsini tutanda əlim əsir.

IMG_20220520_211700.jpg

Gedib laboranta mən "neytrallaşma işi" üçün gəlmişəm deyəndə, dedi ki, bəli, tək işləyəcəksən. Bir anlıq müəllimə baxışımdan anlamış olmalı ki, dedi, mən də kömək edəcəm narahat olma. Hər şeyi başa saldı, daha sonrası məndə idi. İşləyib bitirən sonra tək işləməyin çox maraqlı olduğunu anladım, heyif ki sonuncu işimiz idi;). Gələn semestr tək işləyərəm😄. Günün sonraki saatlarında bir neçə dərs keçdik.

IMG_20220520_211452.jpg

Dərs arası əvvəlki qrup yoldaşlarımdan biri ilə bufetə getmişdim, amma 15dəqiqəyə sözümüz-söhbətimiz sığmadığı üçün dərsə bir qədər gecikmişdim, müəllim isə heç tələsmədən qaibimi yazmışdı. Bundan qrup yoldaşımın hələ xəbəri yoxdu, çünki çay içdiyimiz müddətcə gecikirsən, mən narahat oluram deyə-deyə durmuşdu. Bir qaibdən heç nə olmaz limitdə olmadığım müddətcə, deyə düşünürəm. Dərs çıxışı bir neçə işim var idi, ama ayaqlarım məni evə tərəf aparırdı, saat 6'da metronun necə sıxlıq olduğunu bilsə də.

IMG_20220520_210833.jpg

Axşamlar metroya düşəndə maska taxmağa ehtiyac var deyə düşünürəm. Neçə gündür ki, İnşaatçılarda düşə bilməyim, bir stansiya qabağa gedib, ordan qayıdıram geriyə. Hə, belə-belə gəlib çıxdım evə. Hər cəhətdən çox yorucu keçən bir gün də belə bitdi. Yaşasın cümə gününün axşamları. Etməli olduğum bütün işləri sabaha ertələyib, dincəlmək haqqında düşünürəm. Amma hələ qərar verə bilməmişəm bu vaxtı necə dəyərləndirim. Film yoxsa kitab? Hər nəysə taparam bir şeylər. Oxuduğunuz üçün təşəkkürlər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

O yorğunluğu mən də hiss etdim. Metronu isə heç təsəvvür etmək isdəmirəm. 😄

·

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

·

Thank you🙏🏻