Müdrik qadın bir anlıq dayanır, etdiyi şeylləri tək-tək nə üçün etdiyini düşünür. Mövcudluğu, varlığı, həyatı araşdırır. Nə üçün var edildiyini, məqsədini, missiyasını götür-qoy edir.
Gün gəlir, yenə yan-yörəsinə, ətrafına, başını qaldırıb yuxarıya baxır və mənəvi böhranının ona yenidən qonaq gəldiyini dərk edir. Bu böhran müddəti onun üçün ağrılı, əziyyətli keçsə də, əslində həmin zaman kəsiyini sevir. Çünki fərqindədir, mənəvi böhran sonda ona nələrisə öyrədəcək. Bu müddət ərzində özü ilə daha çox zaman keçirəcək, özünə daha çox etibar edəcək, intuisiyası güclənəcək, dünyagörüşü genişlənəcək, mənəvi boşluğunu İlahini hədiyyə etdiyi gözəl nemətlərlə dolduracaq, “ali mən”i ilə qucaqlaşacaq, həyata münasibəti dəyişəcək. Və bir daha başa düşəcək ki, həqiqi mənada xoşbəxtlik, rahatlıq və daxili hüzurun yolu həm də mənəvi böhrandan keçir.
Keyfiyyət təsadüf deyil. - @ceylanmumoglu