Ədalət... (100% beneficiaries for Steemit Azerbaijan)

2개월 전

384edcfd-d784-4114-b156-1969353321dc.jpg

Müdrik qadın dostları ilə gözəl bir məclisdədir. Onlar qazandıqları naliyyətlərdən, arzulardan, yaşadıqları dövrün gözəllikləri və ağrı-acılarından danışırlar. Müdrik qadın da söhbətə qatılıb. Fəzilətlərdən danışarkən bunu da ayrıca qeyd edir. “Biz əgər bilgəlik yolunda addımlayırıqsa, ətrafımızdakı adamları tutduqları vəzifələrə, rütbələrinə, sərvətlərinə, özləri barədə düşündüklərinə və dediklərinə görə deyil, şəxsi ləyaqətlərinə, ruhi və fiziki keyfiyyətlərinə, mərdliklərinə, cəsarətlərinə, əzmkarlıqlarına, hər şəraitdəki ruhi müvazinətlərinə, dəyanətlərinə görə qiymətləndirməliyik”.
Dostları bilirlər, müdrik qadın həmişə, hər yerdə və hər şəraitdə ədaləti insan münasibətləri səltənətinin şahlıq taxtında əyləşdirməyi tələb edir və onu misilsiz yüksəkliklərə qaldırır.
Müdrik qadın özü də bilir, o yerdə ki, ədalət yoxdur, orada fəzilət də yoxdur. Ədalətin səltənəti yıxılan yerdə rəzalət və qəbahətin səltənəti başlanır. Ədalət haqqın əli silahlı keşikçisidir. Bu keşikçi öldürülərsə və tərksilah edilərsə, insan münasibətləri sahəsində şər və rəzalət tufanı əsməyə başlayar. Məhz buna görə də müdrik qadın öyrənib: Elə bir ədalət qurulmalıdır ki, qarışqanın haqqı fildə qalmasın.

@ceylanmumoglu

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT