Həyatı təkcə yaxşı gündə sevmək bir hünər deyil. (100% beneficiaries for Steemit Azerbaijan)

2개월 전

c2be7766-523e-4a9d-85a0-7288463c1ffe.jpg

Müdrik qadın fərqindədir, həyatı təkcə yaxşı gündə sevmək bir hünər deyildir. Əsil hünər pis gündə də həyatı sevməkdir. Heç bir bədbəxt hadisə onu həyata nifrət etməyə vadar edə bilməz. O sona qədər dırnağı ilə, dişi ilə həyatdan yapışmağı bacarır, son imkan və vasitələr tükənənə qədər həyatın keçiyində durmağı öyrənib. Azacıq bir təlaş üzündən təlaşa düşüb ölmək haqqında düşünməz, çünki bilir, bu qəbahətdir, qorxaqlıqdır, ruhun zəifliyidir, qəbir daşlarının altında qaçıb gizlənməkdir.
Müdrik qadın xəbərdardır. Həyat elə bir nemətdir ki, onu heç nə ilə əvəz etmək olmaz. Təbiətdə hər yaranan sonadək yaşamaq istəyir. Müdrik qadın əmindir ki, fəlakət və iztirab anında ölümü istəmək təbiətin əleyhinə, həyat qanunlarının ziddinə çıxmaqdır. Odur ki, tarixin çeşidli zamanlarından axıb gələn müdrikliyə sarılır, çətin anlarda qəlbinə sakitlik, ruhuna müvazinət gətirir, dünyadan həzz alır, nəşə və şadlıqla dolu ömür sürmək üçün şərait yaradır.
Bəli, həyat fəlakət və iztirabsız keçmir. Amma müdrik qadın öyrənib ki, ömür öz-özlüyündə nə xeyirdir, nə də şər. O ancaq xeyirlə şəri, həzzlə iztirabı, nəşə ilə qəmi, xoşbəxtliklə bədbəxtliyi özündə toplayan bir qabdır və bu “ömür qabına” topladığı şeylərlə həyatı mənalı yaşamaq da mümkündür.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT