Müharibə ölkəsindən ümidli fotolar (100% beneficiaries for Steemit Azerbaijan)

2개월 전

Yəqin siz də tez-tez oxuyursunuz belə başlıqları: "Ukraynada müharibə nə vaxt bitəcək?"

ce724cd7-ad09-4439-a972-4f3f508324b1.jpg

Müxtəlif proqnozlar verirlər, filan ayda döyüş əməliyyatları bitəcək, filan tarixdə müqavilə imzalanacaq, nə bilim, hər iki tərəfdən mübarizə taktikasında dəyişikliklər olacaq və s.

Bəs müharibənin dəhşətlərindən hələ özünə gələ bilməyən dinc əhali nə edir? Nə edəcək? Ukrayna bayrağı rənglərində sülh göyərçini düzəldərək, bu çətin mərhələnin keçməsini gözləməkdən başqa əllərindən nə gəlir ki?
Qardaşlarım deyir, həyat öz axarında davam edir, nə qədər çətin olsa da... İş-güc, gündəlik qayğılar...
İşdən sonra ortancıl qardaşımı sakitləşdirən, yorğunluğunu çıxaran, özünün dediyi kimi, bu balaca "çubuşlar" var.

f9a74ed1-4583-49b6-88ff-17cdb533ec66.jpg

Xoşbəxt keçibalalar. Onlar üçün insanların törətdikləri vəhşiliklər vız gəlir. Təbiətin qoynunda öz proqramları üzrə hoppanıb düşür, Yaradanın verdiyi nemətlərlə balaca qarınlarını doyurur, onları gəzdirən yorğun insana da təşəkkür edib evə qayıdırlar)

b522b642-fbd3-4979-927f-cd26d3dbe9c7.jpg

Və onlar üçün müharibənin bitmə vaxtı, proqnozlar maraqlı deyil. Çünki onlar zatən müharibə üçün yaradılmayıblar. Heç insan da müharibə üçün yaradılmayıb. Amma təəssüflər olsun ki, XXI əsrdə yaşayırıq, bu vacib məsələni anlayacaq qədər şüurlanmamışıq... Hələ də didib parçalayırıq, hələ də qətl edirik, hələ də qan tökürük...
Eyni zamanda ümüid edirik, silahlar yerinə Ukrayna bayrağının rənglərində düzəldilmiş sülh göyərçinləri bir gün qanad açıb mavi səmada uçacaq, dərddən, əzabdab qovrulmuş qəlblərə su səpəcək...

b32a6214-b484-4fc7-a837-8ab0490cc803.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT