club5050 / Bu bir dəstək aksiyasıdır. Yatma səndə özünə dəstək ol!

지난달

Uzun illər steemitdə paylaşımlar edərək, həmçinin bir birimizə verdiyimiz dəstəklə hər birimiz güclənərək davam edirik və yeni yoldaşlar tapırıq. Bəzən onlarla çox səmimi söhbətlər alınır. Maraqlıdır üzünü bircə dəfə də olsun görmədiyimiz insanlarla fikirlərimizi paylaşırıq və onların fikirlərini oxuyuruq. Onların xasiyyətlərini təxminləşdiririk. Bu illər ərzində ən çox əlaqə saxlayaraq bir-birimizə dəstək verərək, bu günlərə birlikdə gəlib çıxdığımız komandanın ən böyük dəstəkçisi, qurucusu @rəvan746 ya minnətdarlığımı bildirirəm. Düzü ara bir elə bir şeylər ağılıma gəlir ki, steemitdə planlar qururam və onunla paylaşıram. Bəzən işlər üzündəndimi ya bilmirəm nədəndi paylaşımlar edə bilmirəm. Əvvəllər şəkil çəkmək kimi bir hobbim olsa da indi nədənsə keyfimə düşdükcə çox təsadüf olar ki, qaralama edirəm. Kiçik qızım Məryəm mənə vərəq kiçik bir vərəq gətirdiki ata mənə meyvə şəkili çək. Stolun üstündə bir alma və bir nar var idi.

20211025_210002.jpg

Cızma qara edib dedim rəngləməmiş icazə ver telefonla fotosunu çəkim. Sağolsun icazə verdi və iki dəq sonra əlində şəkil qayıtdı ki, ata bax. Rənglədim. 😀

20211023_092734.jpg

Keçək hesabıma. Hesabımda 29.802 steem var.

Screenshot_20211025-214414_Chrome.jpg
Screenshot_20211025-214906_Chrome.jpg

Beləliklə hesabımdakı SP gücüm 824.396 oldu. İstəyirəm hesabımdakı splərin bir çox hissəsini yenə də ana hesaba delegate edim.

  • Mütləq steem alın, topluluqda qalın.
Oxuyan və dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

ALLAH Saxlasın Qardaş O gözəl Balanı. Həm həyatıva həm işivə rəng qatır))

·

Təşəkkürlər İsa. Səninkilərlə bahəm.

·
·

Amin,çox sağ ol Famil bütün Balaları İNŞAALLAH.

Sağlam və xoşbəxt böyüsün 😊
Steemləriniz də bol olsun, İnşallah. 😇