Öyrənməkçün yaşamaq gərək..

8개월 전

IMG_20211018_181737.jpg

Yaxşı insan olmaq vəzifə yaxud borc deyil. Əqidədir, xarakterdir. Əgər sən bunu bir məqsəd olaraq görürsənsə deyim ki, hərkəsdən öncə özünə qarşı oynayırsan və bu mənasızdır. İstənilən halda sonda uduzacaqsan. Əgər sən topluluğa xatir yeməyini başqası ilə bölürsənsə yazıq sənin halına. Yox əgər qaranlıq bir küçədə gəzərkən, əlində özünə belə kifayət etməyən çörəyi küncə qısılıb qalmış pişiyə təklif edir, onu yedizdirmək istəyirsənsə bax bu zaman sənə afərin. Bu zaman sən insansan. Bunun üçün təbrikə ya da kimsə tərəfdən minnətdarlığa ehtiyac yoxdur. Bu siyahıya küçədə qarşına çıxan köməksiz insanlara, mağaza satıcılarına, avtobus, taksi sürücüləri, ofisiantlarla danışıq şəklinə, qiyabi tanışlarına, asılılığın və "borcun" olmayan hərkəsə qarşı davranışın aiddir. Həyatın istənilən mərhələsində və istənilən vəziyyətdə xarakter qazanır. Hörmətin, şan şöhrətin, qüvvənin bükə bilmədiyi qolu sındıra biləcək yeganə şey xarakterdir. Həyatımda çox insan tanıyıram ki, qazandığı hərşeyi xarakteri bahasına əldə edib. Bu fəxrdir ❤️

Xarakterdən qazanaq. Əsl qazanc budur. Hansı ki mənəvi bədəli həyatda çox cüzi şeylərlə tarazlana bilər. Bəlkə də heç tarazlanmaz.

IMG_20211018_123431.jpg

PicsArt_10-18-01.00.47.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Post "Tələbə təqaüd proqramı"na uyğundur. Təbriklər.
Hörmətlə Steemit Azerbaijan. Admin.
IMG-20211012-WA0010.jpg