Öncəliklərimiz..

8개월 전

Həyatında öncəlik sənsən. Sənin duyğuların, hislərindir. Başqa bir nəsnə/insan/hiss deyil. Biz özümüzü ikinci plana, digər saydıqlarımı isə göz önünə qoyduğumuz zaman itiririk. Dəyərimiz cılızlaşır. Adiləşirik. Qınadığımız , giley etdiyimiz nədirsə ona çevrilirik. Sonra başlayır müqayisələr. Niyə axılar , nə yetmədi ki məgərlər. Cana can olaq deyərkən birdə görürük ki, o can bizi tamam başqa yerə qoyub öz həyatında, planlarında yaxud düşüncəsində. Elə bununçün bu kimi məsələlərdə öncəliyi insan özünə tərəf yönəltməlidir .

232778.jpg

İstər beyin, istərsə də münasibət sərhədlərində. Dayanın və bir dəqiqə düşünün. Bizim ən çox incindiyimiz, yaralandığımız məsələlər nə maddiyyatla bağlıdır, nə işlə , nə dünyayla. Birbaşa hislərimizdən zədə alırıq hər zaman. Hərçənd ki, bu haqda danışmağı çox hallarda arxa plana atırıq. Belə etməyək. Mənə " səninlə bu məsələdə problemim var deyən " insanları hər zaman öpüb göz üstünə qoymuşam. Çünki bilirəm ki bu insan dəyərlidir. Əgər öz hisləri özü üçün bu qədər önəm kəsb edirsə hökmən mənimdə duyğularıma hörmət edəcək. Anlayış göstərəcək. Və ya " Gülşən, sən burada səhv etdin deyəsən " deyən bir dostum. Ona hər zaman könlümün tamam başqa pəncərəsini açmışam o sözdən sonra. "Boş ver, düzələr" , " zamanla yoluna düşər" və s. ilə heçnə qaydasına düşmür.

IMG_20211105_234929.jpg

Addım atmaq lazımdır. Bizə ünsiyyət, danışıq bacarığı lütf olunub. Danışmalıyıq. Basdırmamalıyıq. İnsanın duyğuları elə onun kimliyidir çünki.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT