#### Salam dəyərli dostlar. Hər vaxtınız xeyirli olsun. Günəşin isti şüaları necə deyərlər bu gün qırışımızı açdı. Həvəsə gəlib samovarı isə saldım. Evdəkilər də xeyli alqış etdilər. Bəh bəh həyətdəki cövhər nanədən də doldurdum dəm caynikinə. Lap elə acgözlük olmasın deyə isti havanın dadını çıxardıram.
Allah verəndən də süfrəyə qoyulub. Alma piroqu ilə xoruzquyrugu çaydan vur getsin bala bala.
Məsəl var çay nədir say nədir bir bəsdir, üçü nəsdir, çıxdın beşə vur on beşə . Ancaq mənim üçün
o qədər də ağ olar. Meyli çəkən dəvətlidir. Oxuduğunuz üçün əvvəlcədən minnətdaram.Di sağ olun dəyərli dostlar.