Hər bir heyvanın balası doğrudan da necə şirin olur. Analar üçün balalar əvəzolunmazdır. Yadımdadır orta məktəb dövründə
aşağı sinifdə oxuduğum vaxtı kitabda belə bir hekayə vardı. Ana pişik öz balalarını qartaldan qorumaq üçün döyüşdə gözünün birini qurban verir. Allah heç bir balanı anasız etməsin. Necə ki, balalarını götürdüm , ana pişik başladı narahat olmağa. Balaları bir ayaqqabı qutusuna qoydum ki, paylaşım üçün şəkillərini çəkmək istəyirdim. Bir yerdə dinc durmurdu. Elə başa düşüb ki, yəqin harasa aparıram.
Vallah kitabdakı hekayə yadıma düşəndə hərəkətim ana pişikdən çox mənə təsir etdi. Yenə necə olmasa şəkillərini çəkə bildim. Və götürüb yuvasına aparıb qoydum. Ondan sonra başladı balalarını yalamağa. Öz özümə dedim bəzi analar var ki, balalarını küçədə atıb qaçırlar. Gəlib bu pişikdən ana hissləri necə olur , öyrənsinlər
Diqqətinizə görə minnətdaram dəyərli dostlar. Di gecəniz xeyirli və yatanlar üçün yuxunuz şirin olsun .