Baxış bucağımız.

지난달
####Salam dəyərli steemitçilər. Axşamınız xeyirli olsun. Havaların qeyri adi keçməsi adamı çaş-baş salıb deyirik. Bu giley gülzar kimi çıxmasın. Bir gün hava da köynəklə gəzirsən sabah görürsən leysan tökur. Bir sözlə havanın nəbzini tuta bilməməyimiz tək təbiət hadisəsi deyil. Ancaq havanı ortalığa qoymağın bir səbəbi var. Lakin bir şey də məlumdur ki, elə bu təbiəti biz insanlar məhv edirik.

34134952e9edb5f5eff0af326630b43f.jpg
Müharibələr xəstəliklər və onların fəsadları. İnsanlığa verilən insan qiyməti. Desəm ki, biz insanlar nə istəyirik bax bunu hər kəs özündə analiz etməli fikir bildirsə yaxşı olar. Bəşəriyyətin də ən böyük bəlası elə insanların bir birinə düşmən və qənim kəsilməsidir.

6e9c0ead98.jpg
Vallah heyvanlar azgınlasıb üstümuzə hücum etsə başa düşərdik ki, biz kimlə mübarizə aparırıq düşmənimiz kimdir.
Dünya inkişaf edir ancaq inkişaf edən ağıl və zəka yox bizim nəfsimizdir. İnsanların ən böyük sağalmaz xəstəliyi onun nəfəsdir. Düşürük təbiətin üstünə əşi belə də hava olar deyib gileylənirik. Vallah təbiətin dili olsaydı deyərdi: belə də insanlıq olar. Mənə çox zülm edən elə siz insanlarsınız. Bir birimizi müvəqqəti həyatda nəfəsimizin ucbatından qırıb məhv edirik desəm səhv etmərəm. Adı bir cinayəti törədənlər tez gözə girir və cəzasını alır. Ancaq ondan betərini törədənlər, ona göz yumanlar və ona dəstək verənlər ancaq mənsəb sahibləridir ki ədalətdən uzaq qalırlar. Bax bu əsl ədalətsizlikdir. Ya görünür təkəbbürlük ,ya da özündən razı olmaları insanların cismən insan olduğunu hiss etdirən
hesab olunsa da bu bir qeyri insani hisslərə bənzəyir.. Buna elmlə nə ad verildiməlum deyil. Bəzən qiyamətə şübhə ilə yanaşanlar insanların getdikcə azğınlaşmasını görə bilməmələridir. Allah hər şeyi görür və bilir. Hər bir insan rahatlıq istəyir. Ancaq bu rahatlığı qazanmaq heçdə başqa insanların haqqına girməməkdən keçməməlidir. Bu reallıq insanın iç üzüdür. Hamıya şamil edilməsə də mən belə görürəm. Bir insanın bir neçə xarakteri olduğu halda həndəsi silsilə ilə hesablansa görün insanlarin bəşəriyyət üçün elə özü qədər təhlükəli canlıdan başqa canlı yoxdur. Dünya olan evimizin qədrini bilmirik. Hələ utanmaz-utanmaz öz yüksək texnologiyalarımızla fəxr edərək digər bir planeti də öz dünyamızin gününə çevirmək istəyirik. Yaşadığımız ömür ortalama 80-100 olmasına baxmayaraq ,Allah gülünc də olsa 300 il( fərziyə kimi) ömür versə idi , gör onda biz nələr etmiş olarıq. Vallah elə qiyaməti biz özümüz öz əllərinizlə sürətləndirik. Lakin buna məhəl qoymadan öz həyatımızı yaşayırıq. Yaşamaq üçün isə bir birimizə hətta qatil də oluruq. Əgər buna mübarizə deyirlərsə tüpürüm belə insanı hisslərə. Biz hər bir şeyi öz nəfsimizə qurban verməkdən belə utanmırıq. Məsəl var deyir daş məndən keçdi kimə dəyir dəysin. Axırda baxıb görürük ki, elə daş öz kökümüzü dəyir. Qurduğumuz dünyanı bir birimizə sağlam və təmiz ötürə bilmədiyimizdən belə gücümüzlə bərabər heç buna insanı keyfiyyətimiz
də çatmır. Bu gün hər birimiz qarışa kimi çalışır ( bəzilərindən başqa) yaşamaq uğrunda hərdən bir birinizlə bəhs edirik. Yuxarıda yazdığım fikirlər sizi deyə bilmərəm məni bir insan kimi həmişə düşündürür. Biz hara gedirik. İnsan xisləti və məkirinə heç özümüzün də gücümüz çatmayır. Deməyin ki, bəşəriyyət elə gəlib, beləcə gedəcək. Axmaq insanı ağır dövr yetişdirər deyiblər. Ağır dövr
isə güclü insan . İndiki insanlar isə inkişafın əsl qurbanına çevrilirlər. Necə deyərlər. Quyunu özümüz özümüzə qazırıq. Deməyin ki hər şeyi çox şişirdirəm. Bu mənim görüb və hiss etdiklərimdir. Sizin də fikriniz çox maraqlıdır.
Məqaləni uzun uzadı yazmaq olar. Çıxdığım qədər qısa yazdım. Di gecəniz xeyirə qalsın dəyərli dostlar.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT