#######Salam dəyərli dostlar. Gününüz xeyirli və bərəkətli olsun. Bu günün əhval ruhiyyəsi məni dinc buraxmadı. Səbəbi isə axşamdan fikirləşdim ki , toyuqlardan ikisini kəsim. Səhər tezdən duran kimi verdim özümü hinə. Nə isə çox keçmədi ki, toyuqları ocaqda tavada üstü bişirəsi oldum. Əvvəlcə soğani yaxşı qovurandan sonra əti əlavə etdim, bir az da ətin suyundan əlavə edəndən sonra kartofu və bibər də əlavə elədim. Dadlınca da ədvaları əlavə etdim.
.
Bir iki odun da atıb ocağı alovlandırdım. Bu anda nəvəm şəkilimi bir tərəfdən çəkir. Deyir baba lap əsl aşpazlara oxşayırsan. 😄 Steemitci dostlar da səni bəyənəcəklər.
Nəhayət yeməyin kuliminasiya nöqtəsinə gəlib çıxdıq. Yemək artıq hazır oldu.
Bir də baxdım ki, əməlli başlı yemək bişirə bilirmisəm.😄 Hə dostlar diqqətinizə görə sağ olun. Di salamat qalın steemitçi dostlar.