Piyada gəzintisi

지난달
### Gecəniz xeyirli olsun əziz dostlar.İmkan daxilində hər günün gəzinti günü kimi başqa özəlliyi vardır. Hava küləkli olsa da dedim gərək piyada getməyə üstünlük verək. Yanımda bir yoldaş da var idi. Piyada gəzə- gəzə dambanin düz axırına gedib çıxdıq.

IMG_20220522_182645.jpg

Sözün açığı çoxdandı piyada yol getmirdim.

IMG_20220522_183541.jpg
Dambada heç kim yox idi bir balıqçılardan başqa . Yaxınlaşıb salamlayandan sonra xeyir dua da verdim. Deyəsən ovları çox da qənaətbəxş deyildi. Bir az onlara tamaşa elədik. Külək o qədər güclü idi ki, tilovu balıqçı saxlamağa belə çətinlik çəkirdi. Bir də başa düşdüm ki, balıqçı oğlan bu işdə naşındı. Çünki balıq ovu edən adam daha çevik olmalıdır. Tilovla işləmək qaydasını bilməlidir. Sonra oradan uzaqlaşıb yolumuza davam etdik.
IMG_20220522_185139.jpg

Hər gün piyada gəzmək adam üçün daha xeyirlidir. Ələlxüsus da səhərlər. Dəyərli dostlar hər birinizə piyada gəzməyi tövsiyə edirəm. Gün ərzində idmanla məşğul olmayanlar heç olmasa 10-12 km piyada gəzməkidirlər. Mən isə xüsusən velosiped idmanı ilə məşğul olduğuna görə piyada gəzməyi ancaq vaxt olanda əldən vermirəm. İdmanla məşğul olun ki sağlam qalasınız. Sağlam bədəndə sağlam ruh olar. Di gecəniz xeyirə yuxunuz şirin olsun dəyərli dostlar.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT