######Salam steemitçi dostlar. Hər vaxtınız xeyirli və uğurlu olsun. Səhər idmanının başqa özəlliyi vardır. Axşamdan sabah tezdən tək başına velo yürüş etmək qərarına gəldim. Müəyyən məsafəni getmişdim ki, həvəsə gəldim yox gərək havanın əla olmasından layiqincə istifadə edim. Novxanı dairəsinə çatanda fikrimi dəyişib üzü Pirşağı istiqamətinə üz tutdum. Yollar maşınlarla olmağına baxmayaraq surətimi çox da qaldirmayaraq saatda 25 km sürətdən yuxarı qaldırmadım. Bir xeyli getmişdim bir də baxdım artıq Pirşağı kəndinin tam ortasındayam. Yenə tənbəllik etməyib Kürdəxanı istiqamətinə hərəkətə keçdim. Artıq körpünü keçib Kürdəxanı sərhədinə keçdim. Daha sonra qərara gəldim ki, yox çox uzağa getməyin mənası yoxdur. Ona görə bunun qayıtmaq tərəfi də var. Bir dəki yoldaşlarsız tək yola çıxmaq bir az da can sıxıcı həmdə təhlükəlidir.
Getdiyim məsafəyə baxdım ki, düz 20 km məsafə qət etmişəm. Düzdür elə böyük bir məsafə deyil. Sadəcə özümü zora salmaq istəmədim. Desəm ki,6 aydan çox olar ki, olar ki, velo yürüş keçirmirdim.
Yenə özümü zora salmadan normal sürətlə geri dönməyi qərara aldım.
Evə çatanda artıq 40 km yol qət etmişdim. Allaha şükür etdim ki, bu günün idmanını sağ salamat başa vuran bildim. Uzaq yola çıxanlar bilər ki, əsas yollarda velo yürüş etmək çox təhlükəlidir. Kiçik bir səhvdən böyük bəla ilə üzləşərsən. Velosiped sürərkən yollarda diqqətli olmağınız vacibdir. Oxuduğunuza görə əvvəlcədən minnətdaram dəyərli dostlar di salamat qalın.