Təbiyyətin varlığı.

2개월 전
####Salam dəyərli dostlar. Hər vaxtınız xeyirli və xoş olsun. Səhər tezdən yuxudan pozitiv qalxanda həmin gün boyu yüksək əhval ruhiyyə içində olursan. Gərək neqativlikdən özünü qoruyasan. Yağışın narın narın yağmağı sakit hava şəraitindən xəbər verir. Səhər tezdən düşdüm həyətbacaya necə deyərlər "reyd" etməyə. Güllərə çiçəklərə baxıb, onlardan xoş pozitiv enerji almağa. İlk öncə bənövşəyi rəngdə bu sarmaşığa tamaşa edərək yaxınlaşdım gizil güllərə.

IMG_20220511_085411.jpg
Qızıl 🌹 gülün üzərindəki yağış damcıları və bu gözəlliyə

IMG_20220511_085342.jpg

IMG_20220511_085337.jpg
baxdıqca sanki adama müsbət enerji verdiyini hiss edirsən. Allahın bəxş etdiyi bu təbiyyəti necə sevməyəsən, ələlxüsus da gülləri , çiçəkləri, ağacları .

IMG_20220511_085432.jpg
Sonra şaftalı ağacına yaxınlaşıb, üzərindəki kiçik meyvələrə baxırdım , birdən gözüm ağaclarin diblərindəki göbələklərə sataşdı. Yağışdan sonra çıxan şampiyon göbələyimiş bunlar.
IMG_20220511_085700.jpg

IMG_20220511_085644.jpg
Sonra göbələkləri yığıb, evdə qazın üzərində bişirdim. Desəm ki, göbələyin iyi evi bürümüşdü. Dadına isə söz ola bilməzdi. Dadı və üz qabığı satışda olan göbələklərdən fərqli idi. Bir sözlə təbii yetişən hər bitki fərqli olur. İndi siz deyin dostlar adam bu təbiyyətdən necə pozitiv enerji almasın. Hər birinizə pozitiv enerji
ilə həm də xeyirli ovqatli günlər də arzu edirəm. Di salamat qalın steemitçi dostlar.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT