Gənc olanda insan qocalığı fikirləşmir. Elə hər yaxşı mənada sağa sola çapır. Necə ki, yaş geçir, düşürsən yaşın dalınca. Günlər də sürətlə gedir. O qədər görüləsi işlər var fikirləşirsən ki, gərək yarımçıq bir iş qoymayasan. Ancaq elə şeylər var ki, o arzuları həyata keçirməyə gücün çatmır. Ancaq bu halı insan yaşa dolanda dərk edir. Artıq kecirsən ağsaqqalların siyahısına.
Əsasən toyun ən "kuliminasiya"
yeri söz vermə anıdı. Hər kəs ürəyindəki arzuları bildirir. Necə deyərlər hər ağızda bir dua var. Adam da var ki, sinə dəftərdir. O da bir istedaddır . Mənə görə əsas odur gənclər sağlam ,ağıllı və əxlaqlı ailə qursunlar. Xoşbəxtlik hər bir insanın öz əlindədir. Qohum toylarının yaxşı bir xüsusiyyəti var ki, hamı bir məclisdə gorüşür . Çoxdan görmədiyin simalarla ünsiyyət qurmağin da özəl bir yeri var. Arzum budur təki həmişə toy olsun . Diqqətinizə görə sağ olun. Di salamat qalın dəyərli dostlar.