Dəlilik ya Dahilik!

지난달

...Çəlləkdə yaşayan dahi.
Hər kəsə Salamlar gözəl İnsanlar. Çalışıram hər oxuduğumu, eşitdiyimi paylaşmayım burda. Bir sözlə abilərimiz demişkən teyd edilən bilgilər paylaşım etməyə özən göstərirəm. Bu yazı yunan filosof Diogen( Diogenes) haqqında olacaq. O Diogen ki, deyilənlərə görə onun adını eşidən Makedoniyalı İskəndər onunla görüşmək üçün yanına gedir. Həmən vaxt Diogen " günəş vannası" qəbul edirmiş.

e11ae7ac19.jpeg

İsgəndər ona " dilə məndən nə dilərsən" deyə yaxşılıq etmək istəyir "Kölgə salma, başqa yaxşılıq istəmirəm" cavabını verir. Sonralar İsgəndər : " əgər İsgəndər olmasaydım, Diogen olmaq istərdim" dediyi bildirilir.

Gündüz lampa ilə Afina küçələrində gəzərkən Diogenə " Nə axtarırsan? " soruşanda: " Adam axtarıram! " cavabı verir. Bir çəlləkdə yaşayan və yeganə mülkü su içdiyi kasa olan Diogenes, bir gün ovucuyla çeşmədən su içən bir uşağı görəndə həmin su qabını da atır. Ona aid olduğu söylənən bu sözləri doğrudanmı o söyləyib, yoxsa sadəcə bir rəvayətmidir ? Dəqiq bilmirik, ama məlumdur ki, məşhur filosof belə bir həyat tərzi qəbul etmişdir, yəni bütün ehtiraslarından xilas olmaq, hər cür bağlılıqdan azad olmaq və insanın yalnız daxili azadlıqla xoşbəxtliyi əldə edə biləcəyi fikrini təbliğ edərək yaşamışdır.

Diogenes-statue-Sinop-enhanced.jpg

Sinop şəhərində, e.ə. 412 -ci il təvəllüdlü Diogenes, saxtakarlıq etməkdə günahlandırılan atası bankir Hikesiosla birlikdə Afinaya sürgün edilir. Afinaya gələndə orda olan hansısa bir məşhur filosofla tanış olur və onun tələbəsi olur. Qısa bir müddət sonra bütün adət ənənələri rədd edir ,dövrün mədəniyyət anlayışına qarşı çıxır və bununla da heç bir şeyə sahib olmadan yaşamağın mümkünlüyü fikrini irəli sürür.

Filosof bununla ətrafdakılara sübut etməyə çalışıb ki, bu dunyanın malı elə bu dünyada da qalacaqdır. İnsan bu dünyada evsiz, malsız, mülksüz də yaşaya bilər və bununla belə insan özünü xoşbəxt hesab edə bilər.

1f4424055f96a14be46ca6710402a8df.jpg

Rəvayətlərə görə, guya Diogen çəlləkdə yaşayıb. Əslində isə bu heç də belə deyil. Çünki Diogenin zamanında Yunanıstanda çəllək deyilən bir şey tanımırdılar və belə bir şey onların məişətində istifadə edilmirdi. O zamanlar "pifos" deyilən iri gil qablar olurmuş. “Pifos” gil qablarını qədim Yunanıstanda yerə basdırıb və taxıl saxlamaq üçün istifadə edirlərmiş. Həmin iri gil qablarının birini də Korinf şəhərinin mərkəzi meydanında qoyub, Diogen özü üçün "ev" kimi istifadə edirmiş.

O boyda kişiyə Yunan dilində "it" mənasını verən "Kinik Diogen" ləqəbi veriblərmiş .

Platon ona it deyəndə, "Düzdü, çünki məni satanların yanına qayıdıram" cavabı verir. Dünyanın ən gözəl şeyinin nə olduğunu soruşanda isə " Söz azadlığı " deyə cavab verib...

Azad və xoşbəxt qalın !!!

İmage
İmage
İmage

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Terki dunya yasayib Diogen. Goresen indiki zemanede hemde texnalogiya ve infarmasiya esrinde Diogen kimi nece gun yasamaq olar?

·

Qardaş indi millətin çoxu elə Diogen kimi yaşayır. Evsiz, eşiksiz, yarı çılpaq, yarı ac yarı tox yaşayan o qədər var ki..

·

Yaşamaq yanmaqdır yanasan gərək...😄😜