BU DƏFƏ MAL ƏTİNDƏN PİTİ | 10 DƏNƏ ƏVƏZİ 9 DƏNƏ OLDU 😁

8개월 전

Salam dostlar, necəsiz?
Ümid edirəm əlasız.
Mən də əlayam.
Bir neçə gün öncə PİTİ bişirdim, ilk dəfə idi. O barədə postda qeyd etmişdim.

20220120_130454.jpg

Amma, yeyən dostlar dedilər ki, belə dadlı piti yeməmişdik 😂.

20220120_173745.jpg

Dostlar, mən piydən, quyruqdan həmişə qaçmışam, həm yumşaq olduğu üçün, həm də iy verdikləri üçün uşaqlıqdan yemirdim. Amma, bəzən məcbur olursan, badımcan tutması ilə filanla ötürüb gedirsən.

20220120_130501.jpg

Bu gün qərarə gəldim qoy mal ətindən hələ piti hazırlayım. Keçən səfər gecə ilə başladım bişirməyə, vu dəfə isə səhər başladım ki, günortaya hazır olsun.
Yaxın dostlara demişdim. Təsəvvür edin 10 nəfərlik beynimdə tutmuşam, 10 dənə piti qabı yaxaladım. Bir də yeməyin hazır olmağına az qalmış (hardasa 3 saat sonra), gördüm 9 dənədir🤦🏻‍♂️ . Təkərə düşmüşəm ki, bu nə idi belə))).

20220120_130501.jpg

Handan hana yadıma düşdü ki, 10 dənə piti qabı sayıb götürdüm, amma birində nəsə çat olduğunu düşünüb aparıb başqası ilə dəyişmək əvəzində yerinə qaytarmışam anbara. Yuxusuzluq pis şeydir 🤯 . Çünki hər gün yatmağa hazırlaşdığım vaxtda yemək bişirməyin fəsadları olmalı idi😀😂.

20220120_125801.jpg

Uzun sözün qısası, mən yemədim. Diş həkimi yağlı yemək sənə olmaz bəhanəsi ilə)). Çünki 9 nəfərə artıq demişdim. Hamısı öz yaxın qardaşlarımızdır. Qışdır deyə iş sezonu da deyil, odur hər gün yığışırıq, lap vətəndə hiss edirik özümüzü.
Mən isə 3 qab piti yenidən qoydum bişməyə.. Əlbəttə ki sabaha)))

20220120_173241.jpg

20220121_174518.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Electronic-terrorism, voice to skull and neuro monitoring on Hive and Steem. You can ignore this, but your going to wish you didnt soon. This is happening whether you believe it or not. https://steemit.com/fyrstikken/@sqube/3dhq8e-i-am-the-only-motherfucker-on-the-internet-pointing-to-a-direct-source-for-voice-to-skull-electronic-terrorism

Steemit əhlinə nə zaman qonaqlıq verirsən qardaş?

·

Qonaqlıq qurbandır Steemit əhlinə. İnşallah Vətəndəikən qəşəngcənə talış mətbəxinə qonaq edəcəm sizi 😊

·
·

Ləvəngi?