Turan restoranı

지난달

Sumqayıt şəhərində,uşaq əyləncə parkının yaxınlığında yerləşən "Turan" restoranı.

IMG_20211023_215553_218.jpg

Düzü Sumqayıt şəhərində yerləşən bir çox kafe və restoranlardan məmnun deyiləm. Nə qədər ailəvi restoran yazıb qonaqları cəlb etmək istəsələrdə içəri atdığın ilk addımda arxavı çevirib çıxmaq istəyirsən. Reklamında ailəvi yazılıb ama içəri girirsənki mühit başqadır.

Lakin sözü gedən "Turan" restoranı həqiqətəndə ailəliklə gedib otura biləcəyiniz,təmizliyi,səliqəni və yüksək qonaqpərvərliyi özündə cəmləşdirməyi bacaran bir restorandır.
Restoranın xarici görünüşüdə insanda gözəl aura yaradır.

IMG_20211023_215541_053.jpg

Restoranda yay aylarında çöldə oturmaq üçün xüsusi yerlər mövcuddur. Bəziləri hər tərəfi açıq bəziləri tamamilə qapalı,istəyə görə.
Çöldə içki içmək üçün ayrıca üstü bağlı yerlər varki, burda günəş şüalarından qorunaraq çayınızı , kofenizi və ya hər hansı zövqünüzcə olan bir içkini içə bilərsiz. Əlbətdə sipirtsiz).
Lakin düşünmürəm ki,yağışlı və ya soyuq havada burda oturmaq olsun.

IMG_20211023_215558_177.jpg

Kafenin çölündə uşaqların əylənməsi üçün bir çox əyləncə növləri vardır. Buda uşaqların "Turan" restoranını və onları bura gətirən ailəsini sevməsi üçün ayrıca səbəbdir.

IMG_20211023_215542_752.jpg

Bundan başqa restoranın ərazisində gələn qonaqların diqqətini dahada cəlb etmək üçün bəzi heyvanlar gətirilib.
Düzdü bir heyvansevər kimi bu kimi şeylər heç xoşuma gəlmir. Çünki bir canlının azadlığı alınaraq ondan əyləncə növü kimi istifadə edilməsi heçdə yaxşı bir hal deyil. Əksinə qınanılmalı və heyvan haqqları qorunmalıdır.

IMG_20211023_215549_950.jpg

Restorandə tək xoşlamadığım hal bu oldu. Düzdü bir çoxları üçün sevindirici ola bilər və həqiqətən bundan zövq alan yetərincə insanlar var. Lakin nə qədər maraqlı olsada onların yeri hansısa restoranın ərazisinə salınmış bir neçə kvadrat metrlik yer deyil. Onlar təbiətə aiddirlər.
Bu haqqda çox danışmaq olar ama bu günki mövzumuz bu deyil.

IMG_20211023_215555_900.jpg

Restoranın görünüşündən danışdıq. Gəlin biraz xidmətdən və qiymətlərdən danışım.
Demək siz burda gülər üz personal deyilən o xoş və mehriban xidməti görə bilərsiz.
Dolğun menyuya sahib restoranda demək olar ki, ürəyinizdən keçən hər cürə yeməyi tapa bilərsiz.
Biz ilk olaraq burger, kola və qızardılmış kartof sifariş verdik.

IMG_20211023_215545_600.jpg

Bunlar ümumilikdə 6manat təşkil etdi.
Mən burgeri o qədərdə sevmədiyim üçün qanad sifariş etdim. Qanadı çox gözəl və kvamında hazırlamışdılar.

IMG_20211023_215547_825.jpg

Qanad üçün ayrıca 6manat ödədim. Və yanında kola.

Yaxşıca yedik,durduq və restoran işçilərinə öz təşəkkürümüzü bildirdik.

Dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün sizlərə xüsusi ilə təşəkkürümü bildirirəm @miri97

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT