Bayraq mənliyimdir, bayraq kimliyim.

8개월 전

"Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm." deyərək postuma Bəxtiyar Vahabzadənin "Bayraq " şeiri ilə giriş edirəm. Bu gün bəlkə də, ən önəmli bayraq gündür. İllərdir "Gələn il inşəAllah üçrəngli bayrağımız Qarabağda dağlalanar" niyyətimiz gerçək oldu. Bayrağın dəyərini isə ən yaxşı, bu niyyətimizi gerçəkləşdirən, bayrağı qanı ilə yuyan şəhidlərimiz bilər. Dünənki, zəfər günündən sonra bayraq günündə onları ziyarət etməyi özümə borc bildim və atamla birlikdə ikinci şəhidlər xiyabanına baş çəkdik. Hər məzarın üstündə çoxlu sayda güllər, başında isə bayraq sancılmışdı.
20211109_120321.jpg

20211109_120710.jpg
Bir şəhidimizin məzarının başına çoxlu sayda insan toplaşmışdı, kimsə necə şəhid olduğu barədə danışırdı. Hər kəs diqqətlə qulaq asarkən, bir xanım məzarı başında gözyaşlarını tuta bilmədi. Gözlərinə baxanda artıq onun kim olduğunu anladım, yaxınlaşıb "sizin oğlunuzdur?" deyə sual verəndə qürur və kədər qarışıq bir səslə "hə" dedi. O anda "Allah rəhmət eləsin" deməklə kifayətlənə bildim, axı bu böyük acını onun qədər necə hiss edə bilərdim ki. O qədər qəribə bir an idi ki, hətta atamın belə göz yaşlarını saxlaya bilmədiyini gördüm və orada uzaqlaşdıq 😔
20211109_122250.jpg

20211109_122131.jpg

20211109_121745.jpg

20211109_121711.jpg
Müharibə dövründə hər bir qəhrəmanımızın həyat hekayəsini, necə şəhid olduqlarını demək olar ki, hər birimiz bilirik. Unutmayın ki, biz bu gün "Qarabağ bizimdir!" deyiriksə, səbəbkar onlardır. Bəlkə də, onların gələcəyi tamam fərqli ola bilərdi. Neçə uşaqlar atasız, neçə sevgilər yarım qaldı. Anaların gözü yaşlı, ataların ürəyi yara qaldı.Çalışaq ki, şəhidlərimiz məzarlarında rahat yatsınlar, onlara hörmət edək.Bir daha cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm. Şəhidlər ölməz, vətən bölünməz! Görüşənədək.🤲❤

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Bütün şəhidlərə Allah rəhmət eləsin.

·

Amin, inşəAllah🤲