Dəblə geyinmək, yoxsa zövqlə ?

지난달

Salam Steem Azərbaycan. Bu gün daha çox topluluğumuzun xanımlarını maraqlandıran bir yazı ilə , geyim tərzi haqqında yazı ilə burdayam. Hər insanın geyim tərzi fərqlidir. Bir çox qadınlar modanı yaxından izləyir və geyim tərzlərini bu şəkildə təyin edirlər. Bununla belə, bəzi qadınlar modaya uymadıqlarını desələr də, əslində onlarda hardasa bu axının içərisindədirlər. Çünki artıq dizayn edilmiş paltarlar moda meylləri ilə yaradılır.

Moda, xüsusilə 20 -ci əsrdən sonra inkişaf etməyə və sürətlənməyə başladı. Geyimlər daha da müasirləşdi. Bir çox moda meylləri yaradıldı. İnsanlar ümumiyyətlə eyni üslubda geyinsələr də, o dövrdən sonra hər kəs öz şəxsiyyətini və xarakterini əks etdirən geyimlərə üstünlük verməyə başladı.
Ən çox müraciət olunan tərzlər:

  1. Avanqard Geyim
  2. Bohem üslubu
  3. Elegant geyim tərzi
  4. Kişi sayağı Geyim Stili
  5. Qadın geyim tərzi
  6. Hippi Geyim Stili
  7. Minimalist Geyim Stili
  8. Retro geyim tərzi
  9. Vintage Geyim Stili

• Avanqard geyim üslubu

Avangard ümumiyyətlə gündəlik geyilməyən yaradıcı geyimlərdən ibarətdir.

Əksinə, fərqli, yaradıcı geyim kimi hazırlanan geyim tərzidir.

british-clothing-style-7.jpg
Bir az abırlısı bu idi ona görə bu şəkili paylaşdım.))

• Bohem üslubu

Bohem geyim tərzi 1960-cı illərin sonu, 1970-ci illərin əvvəllərində yaranan dövrün həyat tərzinin və ictimai hadisələrin geyimlərdə əks olunmasıdır. Ümumi bohem geyim tərzinə nəzər salsaq, səyahət etməyi, anı yaşayan azad ruhlu insanların mənimsədiyi geyim tərzidir. Bu gün bohem üslubunu sevən və qəbul edən qadınlar var. Üstəlik, bu bohem üslubunu birləşdirmək üçün çox pul xərcləməyinizə ehtiyac yoxdur.

5d78ccca45d2a023a0d37e0a.jpg

Aşağı büdcələrlə çox rahat və şık ola bilərsiniz. Bohem üslubunun ən vacib hissəsi trikotaj detalları olan bilərziklər, boyunbağılar və aksesuarlardır.

• Elegant geyim tərzi

Eleqant geyim dedikdə ağıla ilk gələn şübhəsiz Andrey Hepburn olur. Çünki bu moda meyli zəriflik, incəlik və nəzakət üzərində qurulub. Eleqant artıq özlüyündə zəriflik və nəzakət deməkdir.

edc21083ec01593a61a8a196a1f011e7.png

1950 -ci illərin nəcib və zərif qadınları tərəfindən qəbul edilən bir üslubdur. İndiki vaxtda incə və nəzakətli görünmək istəyən bir çox insan tərəfindən qəbul edilir.

• Kişi geyim tərzi

Kişi geyim tərzi, son vaxtlar tez -tez eşitdiyimiz bir üslubdur. "Qadın xətləri" ilə arxa planda saxlanılan kişi geyim tərzidir. Bu geyim tərzi aydın olduğu üçün şəkil paylaşmağa ehtiyac duymadım.

• Qadın geyim tərzi

Qadın geyimi qadınlığa üstünlük verilən üslubdur. Qadınlıq dedikdə mini ətəklər və ya paltarlar nəzərdə tutulmur. Qadın geyimində önə çıxan ən əhəmiyyətli xüsusiyyət ətəklər, kəmərlər, yüksək topuqlu ayaqqabılar və belin incəliyini vurğulayan romantik geyim tərzidir.

feminen-elbise.jpg

Gündəlik həyatda çox rahat və şık bir geyim tərzi yaradır.

• Hippi Geyim Stili

Hippi bir həyat tərzidir deyə bilərik. 1960 -cı illərdə özünü bir moda olaraq quran bir üslubdur. 1960 -cı illərdən bu günə qədər gəlib çıxıb.

hippi-tarzı-elbiseler.jpg

Hippi geyimləri dedikdə ağla gələn ilk şey rəngdir. Onlar demək olar ki, çiçəklərə bənzəyirlər. Başqa bir məqam isə; krujeva, lent və naxışlı parçalar dan istifadə olunur. Aksessuar detallarında dəri və gümüşdən istifadə etməyi xoşlayırlar. Rəngarəng və çiçəkli dizaynlı aksesuarları ilə çox sərin və fərqli bir görünüşə sahib olan hippilər, orijinal və ruhlandırıcı bir üslubdur demək olar.

• Minimalist geyim tərzi

Minimalist geyim tərzi 1960-cı illərdə ortaya çıxan Kişi üslubunu mənimsəyən qadınlar minimalist geyim tərzi ilə kişi üslubunu qarışdıraraq kombinasiyalar etməyi xoşlayırlar.

4443b2b50f5e1cc23f02d1faac751582.jpg

Bu geyim tərzində önə çıxan ən mühüm xüsusiyyət sadəlikdir. Minimalist geyimlərdə parlaq rənglərə və naxışlara üstünlük verilmir. Decolte istifadə edilmir.

• Retro geyim tərzi

Retro sözü latınca "keçmişə doğru" deməkdir. Retro geyimlər bu gün çox populyardır.

vintage-2-766x1024.jpg

Moda yaxud dəb baxımından köhnəlmiş bir tendensiyanın yenidən yayılması retro üslubdur. Əsasən 1960-1970-ci illərin izlərini daşıyır.

• Vintage Geyim Stili

Klassik geyimlərə gəldikdə, ümumiyyətlə retro kimi düşünülür; amma ikisi eyni şey deyil. Bu geyim tərzində diqqət edilməli olan ən vacib məqam köhnə paltarların hamısının vintage olmamasıdır.

puantiyeli-vintage-elbise-015a895a3804.jpg

Düzgün parçaları bir araya gətirə bilmədiyiniz zaman tərz olmaq yerinə , modası keçmiş, dəbdən düşmüş bir görünüş əldə etmiş olunur.))

Hər zaman gözəl olun !!!

Foto
Foto
Foto
Foto
Foto
Foto
Foto
Foto

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT