THE DIARY GAME: 23.10.2021. Sevməyir, qoy sevməsin.

지난달

Axşamınız xeyir. Həyətimizdə gördüm bu çobanyastığı çiçəyini. Sevgililərin test çiçəyidi. Sevir, ya sevmir? :) Başınıza dönüm, istəyirsinizsə sevin, ya sevməyin. Bu çiçəyə niyə zülm edirsiniz ki?)

IMG_20211023_172238.jpg

Bir müdrikdən soruşurlar ki, insanlar dava edərkən niyə bağrırlar? Halbuki bir birlərinin burnunun dibindədilər. Mən şəxsən qışqırıram. Müdrik cavab verir ki, o insanların ruhu ayrılıb bir birlərindən. Artıq səsləri çatmır bir birlərinə. İnsan yanında hüzur tapdığı adama qışqırmır. Mən zor olmayan münasibətlərdən yanayam. İçinə maddiyyat qarışmayan, sınanmayan münasibətdən. Bir dəfə facebookda bir sual vermişdim ki, şirin yalan, yoxsa acı həqiqət? Cavablar müxtəlif oldu. Şirin yalana da ehtiyacı olur insanın. Həqiqət bəzən belə tikanlı olur. Yaxın dura bilmirsən.

IMG-20211022-WA0012.jpg

Tikanlarından yaxın gedə bilmirsən, qorxursan. Yaralanacağından, aldanacağından, məyus olacağından. Amma getmək, o gözəlliyi görmək, hiss etmək lazımdı.

IMG-20211022-WA0014.jpg

IMG-20211022-WA0011.jpg
Bilmirəm, necə oldu, haradan haraya gəldim. Demək istəyirəm ki, insanlara yaxın getmək, onlara özlərini sənə tanıtmaq imkanı vermək lazımdı. Ya sevmək üçün, ya heyran olmaq üçün, ya da məyus olmaq üçün... Özümü tağ edəcəyəm:) Bizimlə qalın
@nurengizbagirova

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Bəzən çoxlu şirin yalanlar dyəndə Oksana mənə deyərdi: "врёшь Зато приятно"))) həqiqərətən bəzən şirin yalanlara ehtiyac yaranır. Əslində yalan həqiqətin doğru olmayan formasıdır

·

Yalan nə söyləyim, mənim də hərdən şirin yalana ehtiyacım olur.

İnsan Düşdüyü vəziyyətdən asılı olaraq bəzən şirin yalan da danışmalı olur. Bununla bəzən insanın həyatını xilas etmiş olur, bəzən də depresiyaya, neqativliyə düşmüş insanı xilas etmiş olur. Amma Ən gözəl yalan, sözün düzüdür fikirləşirəm. Doğru söz acı olar deyiblər kəlməsinə açıqlamam insanda olan egoluğu nəticəsində qəbul edə bilmir. Çünki, çox insan uduzmaqla barışa bilmir vəya barışmağı istəmir. Əslində Qalib gəlməyi bacardığı kimi, insan bəzən uduzmaqla da barışmağı bilməlidir. Bir çox məğlubiyyətlər gələcəyin qələbələrinə də yol aça bilir.

·

Bəzi yalanlar xeyirlidi. Məsələn ölüm ayağında olan xəstəyə sağalacaqsan demək kimi yalan.

·

Bəli düz buyurdunuz.

Mən çiçəklərdə qaldım. Bəlkə çiçəklər də elə o gözəl yalanları ilə ovudur. Mən də eləsi bilsəm də orda həqiqət yoxdu yenə də bürclərə elə o ramaşkalara baş qoşuşuram🥰

·

Qoşa oldu şu- lar)

Bir yerde oxumuşdum ki . Papatya sevin tikansiz sevgi bəxş edir insana . Qızıl gül kimi incitmez insanı .. bəlkə də papatyanin qədrini bilmədiyimiz üçün yarpaqlarını dərib atırıq yerə .adını da sevir , sevmir qoyuruq