The Diary Game - Better Life Season 3 - 24.10.2021. MACƏRA AXTARIŞINDA.

지난달

#steemitazerbaijan - ın şəxsi heyətinə SALAM olsun🙋🏻‍♂️

Dostlar axşamınız xeyir. Necəsiz? Dünən işdə olduğum zamanda qarşılaşdığım vəziyyətdən danışmaq istərdim. 23.10.2021 saat 19:30 mən artıq işdə idim. Növbəni təhvil aldığım iş yoldaşım şad xəbərlə Məni sevindirdi. Növbəti gün bazar günü olduğundan bir neçə sex işləməyəcək və həm də çox zaman işlək vəziyyətdə olan qazan təmirə dayanacaq. Burada deyiblər istədiyim yar idi yetirdi PƏRVƏRDİGAR... 🙏 Sən saydığını say, gör fələk nə sayır... Düşünəcəksiz ki, bir-birinə əlaqəsi olmayan məsələlərdir. Cavabını postun sonlarında anlayacaqsız.

IMG_20211023_215413.jpg

İnsan kimi, texnikanın da xəstələndiyi vaxtlar olur. İnsandan fərqli olaraq texnikanı sağaltmaq daha tez başa gəlir... Növbəni təhvil aldığım iş yoldaşımın verdiyi məlumatlara nəzərən həmin qazanı saxlayıb digərini qoşmalı idik. Müəllimin (rəhbərlik) dediyinə görə səhərə qədər istiliyi soyumalı və bütün buxarı boşaldılmalı idi. Mənə də çox maraqlı gəldi. Görəsən necə olacaq? Həngamə bundan sonra başlayacaq. Nəisə işdə boş vaxt tapıb post yazmağa çalışırdım. Çünki, qazanın buxarının boşalması müəyyən dərəcədə vaxt aparır. Prosesi sürətləndirmək üçün digər bacaları da açdıq ki, par tez boşalsın. 16 tonluq qazan + 6 bar (təzyiq ölçü vahidi) buxar.. Bunu yığıb-yığışdırmaq o qədər də asan bir şey deyil. Nəisə görməli olmadığımız işi gördük. Ehtiyyat hava bacası nə var nə yox hamısını açdıq. Möhtəşəm bir vəziyyət alındı və sonra burnumuzdan gəldi.

IMG_20211023_210017.jpg

Səsindən yaxına getmək çox qəliz idi.Əlimə fürsət düşdü lentə alıb sizinlə bölüşürəm...

IMG_20211023_210427.jpg

Zəhlən gedən adamı gətirəsən bu buxarın qabağına. Məsələni bir dəfəlik həll edəsən))) Öz aləmimizdə iş görürük, akaziviçka aləmi qatmışıq biri-birinə... Millətimizin bəzi sakinlərinə də belə fürsət lazım imiş. Hər tərəfə səs soraq yaysınlar. Mühafizə bir tərəfdən, yanğınsöndürən digər tərəfdən. Elə bilirlər ki, qazanxanaya partlayış olub. Gecənən xəbər Bakıya Nazirliyə kimi gedib çıxıb. Simsiz teleqraflar olmasa həyatın mənası olmaz axı😊

IMG_20211023_210459.jpg

Özümü bir anlığa xarici filmlərdə hiss edirdim😉

IMG_20211023_215257.jpg

Nəisə Smeni bir təhər başa vurduq. Smendən çıxanda bizi nə sürprizlər gözlədiyindən xəbərimiz yox idi. Çıxışda Qlavnımızla rastlaşdıq. O da başladı, nə başladı. İşlər necə gedir? Gecə nağayrmısız? Mən nə demişdim siz nə etmisiz(Smeni təhvil verən işyoldaşımız bizi baş-ayaq başa salıb) FHN- in qlavnısına kimi xəbər çatdırıblar və s. Biz də səhər vaxtı şehli - şehli xəbər çatdıranları yad elədik. Və rahatlıqla evə gəldik...Söhbəti çox da uzadıb Sizi yormaq istəmədim. Bilmirəm nədəndisə, hhər zaman işlərim başlanğıcda yaxşı getsə də sonlara yaxın nəsə bir əmması çıxmalıdır. Bəlkə də həyatın qanunlarından biridir. Balansı pozmamaq üçün belə olur. Yenə də ALLAHA çox şükür sağ-salamat vəziyyətdə indi post yaza bilirəm💋 Oxuduğunuz üçün təşəkkür edirəm. ALLAH Sidən razı olsun və bol-bol steemlər nəsibiniz olsun. AMİN🤲
Bu hadisə 24.10.2021-ci il gecə saat 01:40 tarixində baş verdi. İndiyə (24.10.2021 ; 18:45)çatdırıb yaza bildim

@revan746

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Atam, day kurator əvəzinə Rəvanı tağ eliyirsən? 🤭

·

Elə onun ajığına. Fikrimdə Siz də vardız. Nar çubuğundan qorxdum.😊

Özünüzdən muğayat olun.
Allah işlərinizi avand eləsin. Amin 🤲
Rəvanı da çox tağ eləməginən, bir də gördün beyni çöndü, atdı spama 🤣

·

Baş üstə. Pis adama heçnə olmur desəm yalan olar.Çünki, olacağa çarə yoxdur. Yenə də canı sağ olsun😉

·

Onların ajığına elədim. Şükür eləki, Səni reklam elədiyimə görə vergi istəmirəm)