♥️CLUB5050♥️ THE DİARY GAME BETTER LİFE- 16.06.2022.(Həyat...)

3개월 전

Salam əziz stemitçilər. Nədənsə stemitə yazı yazmağı günün sonunda qərarlaşdırıram. Sanki gün boyu gördüklərim, eşitdiklərimi divanın bir küncündə əyləşərək ayın işığını, təbiətin bu gözəlliyini bayırda əsən mehi hess edərək hesabatını yazıram.

352928.jpg

Hardansa belə bir cümlə də oxumuşdum. "Bəzi ruhlar bəzi ruhlara əvvəlcədən aşinadır."Həyatın gözəlliyin uşaqların gözü ilə gördükdə tamam fərqli olduğunu görürsən. Sözlərində, gülüşlərinə, yerişlərinə bir dünya yaratdıqları körpələrimiz.

351605.jpg

Mən onu da deyərdim ki, həm də həyatını kimlərin əhatəsində yaşamaqda əsasdır.

345234.jpg

Orta yaşlı bir adamın gözləri ilə dünyaya baxmaq. Fikirləşəndə dünyada görmədiyin heç nə yoxdur deyirsən. Yaşadıqca hər saniyənin ayrı hökmü ayrı yaşatdıqlarını görürsən. Bir nənəmiz vardı 85-86 yaşları olardı. Demək olar ki, söhbətləri də sözləri də təkrara keçmişdi. Amma hər zaman danışdığında sözünün əvvəlində də sonunda da a bala işıqlı dünyadan heç kim doymaz deyirdi...
Həyat nə qədər ki, yaşayırsan o qədər gözəldir.

347667.jpg

İnsanın yaratdığı gözəlliklər...

349094.jpg

  **Həyatı sevmək ürəyinin döyüntüsünü zamanın anına kökləmək gərəkir**zamandan, məkandan asılı olmayaraq.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT