The Diary Game -Better Life Season 3 -01.11.2021.(Noyabr)

11개월 전

Axşamınız xeyir, millət! Necəsiniz? Yaxşı olsaz, çox əla. 🌼
Noyabr ayı başladı. Düşərli ay olsun hər birimiz ücün. İNŞAALLAH.
Bilmirəm siz də bəlkə sınayırsız. Mənim üçün noyabr ayı ən gec gedən aydır. Nə vaxt baxırsan noyabr burdadır :).
Amma yaxşı ki, ağacların, təbiətin bu zamanında gəlib.

IMG-20211101-WA0005.jpg

Bu günümüz biraz işdən başlayıb. Nə yaxşı ki, iş var deyimmi.Biz elə deyirik. Axır ki, evdən çıxırıq. Yolumuzun hər zaman açıq olsun.

236714.jpg

Bunları da gödünsə dünyanın ən sədaqətli varlıqları deyirlər (amma hərdən deyirlər ki, itlə dost ol çomağını da əlindən qoyma) qəti kadrdan kənarda qoya bilmərəm ki. Hələ bir pozaya bax :)

Axşamlar bizlərdə bu vaxtlar dəmnən yanan odun peçinin yanında. (Bayırda da dumanlı, çiskinli hava.)
oturub(Odunların qoxusu da evə öz ətrini yaya )pürrəngi çaydan içərək tv izləyəsən ya da Stemitdə mövzulara şərh yazasan. Bir təssəvür edin nə gözəl mənzərə☺️

IMG_20211101_194211.jpg

Meyvələrin daha qurusuna keçmişik. Yedik qalanlarını da cibimizə yığdıq. 😇

IMG_20211101_205200.jpg

***Baxın şəkillərin hər birində qadınların əziyyətini, əməyini mütləq görürük. Allah başımız tacı analarımıza can sağlığı versin. Nə yaxşı ki, varımızdırlar. ♥️Bu süfrəni anam hazırladı iki dəqiqəlik onları görməyə gedəndə.

İndi də həmişəki kimi çiçəklərimdən danışım. Onlar çoox gözəldilər həmişəki kimi. İlin, ayın, fəslin fərqi yoxdur. Gözəlliklərini dövrünə, zamanına görə yansıdırlar.***

238632.jpg

Gecənin bu vaxtında yazmağımdan asılı olmayaraq hər birinizə gözəlliklər arzulayıram. Oxudunuzsa təşəkkürlər🥰

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT