The Diary Game -Better Life Season 3 - 12.11.2021.(Zəfəriniz. )

11개월 전

Salam, steemitçilər. Necəsiz? Biz ancaq yaxşı olmalıyıq da🌹Amma neyləsək də bu gözə görünməyən düşmən hələ də yaxamızdan əl çəkmir ki, çəkmir. Allah xəstələrimizə kömək olsun.
Noyabırdayıq. Əsl özünü yaşadır. İşə gedirəm.Yollarımız həmin yoldur.

244309.jpg

Biz ancaq müsbətini görməyə çalışırıq.
Bu payız biraz daha fərqli keçir. Keçən ildə qazandığımız torpaqlarımızı qazilərimizin qoyub gəldikləri canlarının yarısı şəhidlərimizin qanları canları bahasına almışıq. Nə qədər sevinsək də bir gözümüz güləndə bir gözümüz ağlayır.Bizə adları ilə xatirələri ilə yaşatdıqları bu qalibiyyətin arxasında böyük bir nisgilli tarixlərin olduğu igidlərimizi heç vaxt unutmamalıyıq.
Tariximiz həm gələcəyimiz həm də keçmişimizdir.
Böyük bir qəsəbənin sakinləriyik. Cammat olaraq vəzifəsindən səviyyəsində asılı olmayaraq hər yerdə şəhid adı qazi adı çəkiləndə o anları bir də yaşayıb mənfur düşmənin adına min lənət yağdırırıq. Hər kəs öz səviyyəsində şəhid ailəsinə qazi ailəsinə dəstək olmağa çalışır. Vətənpərvərlik öncə ailədən, məktəbdən başlayır. Bu əqidəni aşılayan hər kəs övladını, şagirdini əsl vətəndaş kimi tərbiyə edir.

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub, qayasında bitərdim.

Qəsəbəmizin gənclərində olan birlik,şücaət məni çox qürurlandırır. Bu izdihamı axır vaxtlarda daha çox hiss etmişik. Böyük şəxsiyyət hər bir gəncə örnək olan dahi şəxsiyyət (mən belə deyərdim) ölümü gənclərimizə ruh yüksəlişi, dirçəliş oldu sanki. Bütün qüvvələri ilə hər sahədə öndə oldular.

Screenshot_20211112_201543.jpg

IMG_20211112_201601.jpg

Şagirdlərimiz də bacardıqlarını əsirgəmir.

IMG_20211112_203424.jpg

Şəhidlər ölməz, Vətən bölünməz!

185589.jpg

Sözümü bu mənzərələrə gətirmək istəyirəm. Bunlar həmin gənclərin əməyinin nəticəsidir. Burda nə başda oturan vəzifəlilər ya da hər hansı dövlət qurumlarının əməyi yoxdur. Belə bir deyim var"El bir olsa dağ oynadar yerindən. "
Həmin gənclər təşəkkürün ən alisinə layiqdirlər.
Arzu edirəm ki, dövlətimizin adı hər zaman yüksəklərdə gəlsin, bayrağımız hər zaman ucalarda dalğalansın.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Yola bax da :(
Sumqayıtda müəllimə işlədiyim vaxtlar yadıma düşdü.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!

·

Elə bilirik belə olmalıdır. :)
Hələ buralar yaxşı tərəfləridir