The Diary Game -Better Life Season 3 - 13. 11.2021.(Biz sizi unutmuruq)

11개월 전

Axşamın xeyir əziz stemitçilər. Necəsiz? Dünəndən hələ də eyni mativasiya da qalmışam. Çünki, dünən də demişdim axı bu abidənin təməlinin və təşəbbüsünün təşkilatçısı da elə qəsəbə sakinləridir. Camaatımızın vətənpərvərliyinin də əzminin də qarşısında baş əyirəm. Doğurdan da adam fəxr edir. Artıq tikinti işlərini yekunlaşdırıblar.
Bədii hissəsini aparmaq məktəbimizin öhdəliyində idi.

244892.jpg

244872.jpg

Uşaqlarımız, şagirdlərimiz bu gün o qədər yaxından iştirak etdilər ki, xalqımızın bir yumruq kimi birləşdiyini bir olduğunu bir daha göstərdilər. Doğurdan da gücümüzün birliyimizin qarşısında heç nə dura bilməz.

244885.jpg

Deyir vətəni sonradan sevə bilmərsən ki, gərək Vətənpərvər doğulasan.
İndi mən özüm üçün çəkdiyim fotoları paylaşıram. Amma bacarsaydım vidyoları da paylaşardım. Dinlədikcə doya bilməyəcəyiniz balacaların çıxışları... İnsana fərəh verir,qürur verir. Azərbaycanın adını şərəflə daşıyacaq gələcəyin əsgərlərinin ilk addımlarını indidən görürük.

244888.jpg

Azərbaycanın işıqlı gələcəyi sizin əlinizdədir, bizim əziz gənclərimiz. Yaşayın, yaradın və inkişaf etdirin dövlətimizi.

244869.jpg

Bizə ancaq zəfər yaraşır.🇦🇿🇦🇿🇦🇿

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT