The Diary Game -Better Life Season 3 - 19. 11.2021.(Bir az nostalji)

11개월 전

Salam, steemitçilər 👋.Necəsiz? Bu smayliklərdən istifadə etməyəndə sanki fikirlərim yarımçıq olurmuş kimi.Havalar soyumasına baxmayaraq insanların abuhavası, münasibətləri isti olsun, yetər :)

O, görünən dağ bizim dağdır...

247559.jpg

Uşaqlıq illərində yaşadıqlarımızi, gördüklərimizi, öyrəndiklərimizi heç vaxt unutmuruq. Uşaqlıqda öyrəndiklərimiz heç vaxt yadımızdan çıxmır.
Bu postu yazmağımda biraz nostalji halları yaşamağım olub. Gördüyünüz bu küçəni bəlkə neçə illər idi ki, ayaqla keçmirdim.

Screenshot_20211119_215557.jpg

Bir yaxın qohumumuz var idi. Bu qadının yeddi oğlu var idi. Hamısı ailə qurmuş böyük ailə olmuşdurlar. Bir oğlu kənddə qalanları şəhərdə yaşayırdılar. Hər yay olanda bütün nəvələr tətillərini kənddə nənələrinin yanında keçirirdilər. Təxmini olaraq on beş, iyirmi il bundan qabaqdan danışıram. Mən də bu uşaqlarla həmyaşıdam. Texnologiya da bu qədər inkişaf etməmişdir. Günümüz bütünlüklə birlikdə kecurdi.O doğma həyətin ortasında böyük bir tut ağacı var idi.Şəklini çəkmişəm. Amma statusunu şəhərdə yaşayan nəvəsi yazıb.

Screenshot_20211119_221335.jpg

Screenshot_20211119_215631.jpg

240426.jpg

Sanki ağaç da küsüb indi. Bütün günü samovar qaynadıb oturub çay içmək söhbət etmək, stolüstü oyunlar, nənənin söhbətləri çooox maraqlı idi. Kaş bir də olaydı o illər. İndi hamımız böyüyüb bir peşənin sahibiyik.Hər ildə bir dəfə də olsun o şəhərdə yaşayan nəvələr o həyətə mütləq baş çəkirlər. Heç unutmaq olarmı keçmişimizi. Birçə duyğulandıran hər xatirəni keçmiş zamanda işlətməkdə. Yenə də Şükür, bu Halimizə.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT