The Diary Game -Better Life Season 3 - 23.10.2021.(Barış və küs)

11개월 전

Axşamınız xeyir əziz Steemitçilər. Necəsiz? Ümidvaram ki, yaxşısız.

Screenshot_20211022_232342.jpg

Mövzumun adına barış yazsam da söhbətimə küsməklə başlayıram. Sizi bilmirəm mən küsməyi sevmirəm. Nənəm həmişə deyərdi ki, küsməkdə dünyada ən günah işlərdən biridir. İpək yaylığı yuyub qurudana kimi küsülülük saxlamaq olmaz.

230717.jpg

Həm də axı küsmək, o kimdənsə küsülü olduğunu düşünmək insanı içdən - işdən yeyib bitrirməkdi axı. Ürəyinin ən dərinində, beynində həmişə fikir, qara düşüncələr sənin həyatını da məhv edir.

175357.jpg

Amma barışa, sülhə, sevincə:-adam adını çəkəndə belə gözləri gülür nəinki dodaqları ☺️
Elə deyilmi dostlar!?
Televiziyada verlişlər var da itənləri, dostları, qohumları axtarırlar. Nə yaxşı da:)
Bu gün birini izləyirdim 71yaşlı kişi özünün düz 40 il əvvəl itirdiyi bir dostunu axtardı.Ağsaqqal xatirələrini elə danışırdı ki, elə təsəvvür etdim ki, mən də onlarla bir yerdə olmuşdum. Mən uzun uzdadı yazmayacam. Amma dostluq ən gözəldi ilindən asılı olmayaraq. Deməyim odur ki, hec vaxt hec nəyə təəssüflənməyək.

Screenshot_20211023_205714.jpg

*Hər birinizə hər zaman sevinc, barış, gözəllik arzulayıram.

Bu gün yenə də çiçəklərimi diqqətdən kənarda qoya bilməzdim.

Screenshot_20211023_210950.jpg

Bu günki fotolar mövzuya nə qədər uyğundu deyil deyə bilmərəm.Hərəsində bir istilik bir doğmalıq var.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT