#club5050|| "Steemit Student". Təqaüdlər verilməyə başladı.

2개월 전

Əziz Steemit Azerbaijan topluluğu, ümid edirik ki, yaxşısız. "Steemit Student" nədir?

WhatsApp Image 2021-10-05 at 08.27.30.jpeg

"Steemit Student" Steemit Azerbaijan topluluğunun dəstəklədiyi tələbə təqaüdü proqramıdır. Bu proje tək Azərbaycan tələləbləri üçün deyil, bütün dünyandan yaradıcı tələbələri bir platforma altında toplayaraq onlara Steemit üzərindən təqaüdlər verməyi planlayır.

Bir ay öncə başlatdığımız "Steemit Student" - Tələbə təqaüd proqramı çərçivəsində ilk təqaüdlər verildi. Dünən üçün 2 nəfər tələbəmiz bu projedın faydalanmış oldu. Sistemdə təsdiqlənən və post paylaşan, bizim qaydalara əməl edən hər bir tələbə ayı tamam olduqca təqaüd alır. Bizim qaydalar çox bəsitdir. Profildə paylaşılan köhnə yazıları tapıb oxuya bilərsiniz.

Aşağıda adları qeyd olunan tələbələrimizə ödənişlər həyata keçirildi.

image.png

@aybenizmemmedova sizi təbrik edir, uğurlar arzulayırıq.

image.png

@gulshanbayram sizi təbrik edir, uğurlar arzulayırıq.

image.png

@rnhsynl-Rəna adlı tələbəmiz bizim qaydalara uyğun davranmadığı üçün hələlik ona "qayb" qoymuşuq, "O qızı tapın".

Hələlik proqram çərçivəsində və maddi gücümüzün çatdığı qədəri ilə 50 manat təqaüd verə bilirik. Azərbaycan kimi maddi sıxıntılar olan bir ölkədə tələbənin güzaranını dəyişəcək pul deyil amma biz də bunu bu qədər edə bilirik.

Gələcəkdə elə bir yerlərdən maddi dəstək ala bilərik ki, bu işi daha da uğurlu edib, daha çox dəstək verə bilərik. Əsas olan odur ki, bizim tələbələr cəmiyyət üçün yararlı olsunlar, özünüinkişafdan qalmasınlar. Steemit bir növ yaradıcılıq üçün ideal vasitədir. Bütün dünyaya xitab edəcək və özünü isbat edəcək platformadır.

Son olaraq, əgər tanıdığınız, yaxşı yazı qabiliyyəti və intellektual tələbələr varsa, xahiş edirik, bu proqrama dəvət edin. Birilərinin inkişafına kömək olacağıqsa, nə xoş bizə!

Bir daha hər birinizə təşəkkür edir, istər Steemitdəki, istərsə də Universitetdəki fəaliyyətlərinizdə uğurlar arzu edirik!

Topluluğun Facebook səhifəsi
Steemit Azerbaijan Community
Topluluğun Teleqram Qrupu
Steemit Azerbaijan
Topluluğun Discord kanalı
Steemit Azerbaijan
Tələbələr üçün Teleqram Qrupu
Steemit Student

Steemit Azərbaycan 3 (3).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Əla, daha böyük uğurlara🙆🏻‍♀️

·

Təşəkkür edirik, tələbələr.

Uğurlar. Mənim də bir tələbəm var. Sabah onun günüdür🤭

·

Mesaj alınmışdır.)))

·

🤠👍