Steemit Azərbaycan həftəlik, ya da günlük reportlar üçün şablonlar || Statistics

2개월 전

Salam, əziz Steemit Azərbaycan yazarları. Bu gün sizlərlə çoxdandır, planlaşdırdığımız bir yeniliyi bölüşmək, və ya belə desək, təkliflərinizi almaq istəyirik.

Belə ki, uzun zaman idi, topluluğumuzda ana hesabdan necə edək ki hər gün bir post yazaq məsələsini düşünürdük. Konkret bir həll tapa bilmirdik. Adminlərin hər birinin bir işi olduğu üçün məlum məsələdir ki, hər bir yeni,0 sıfırdan bir şey yazmaq da olmur.

Nəhayət belə bir həll yolu tapdıq. Bundan sonra hər gün, və ya hər hərfət sonu topluluğumuzun aktivliyi barədə hesabatlar paylaşmağı planlayırıq. Bu hesabatlar həm ümumilikdə Steemit Azərbaycan Topluluğunun aktivliyi, həm də Steemit Student, yəni tələbələrimizin aktivliyi barədə olacaq.

İndi aşağıda sizlərlə hazırladığımız dizaynları bölüşmək istəyirik. Misal, günlük, və ya həftəlik hesabatlarımız üçün olan qapaq foto dizaynı aşağıdakı kimidir.

Steemit Daily Statistics (2).png
Link to Source of Icons

Həmçinin tələbələrimizin aktivliyi barədə olacaq hesabat üçün olan qapaq fotomuz aşağıdakı kimidir. Böyük ehtimal, hər iki fotolar bir postun içində olacaq, yəni daha ayrı-ayrı hesabatlar kimi paylaşılmayacaq.

Steemit Daily Statistics (1).png
Link to Source of Icons

Aşağıdakı hissə isə hesabatın ən maraqlı qismini özündə əks etdirir, yəni Statistikanın vizual formasını. Hazırladığımız Excel şablonunda ən sola bu gün içində paylaşdığımız postların sayını yazırıq və avtomatik olaraq bu data gördüyünüz kimi qrafikə tökülür. Beləcə data, informasiya daha oxunaqlı olur.

Bu yolla biz hansı günlər, və ya həftələrdə daha aktiv olduğumuzu rahatlıqla biləcəyik.

Screenshot (49).png

Screenshot (51).png

Aşağıdakı rəsmdən də gördüyünüz kimi 3 ədəd fərqli şablonumuz var, ki bunlardan qara rəng olanı hesabatlarda paylaşmaq üçün seçmişik. Yuxarıda necə görünüyünə daha rahat baxa bilərsiz.

Screenshot (50).png

Dizayn şablonlarımızla bağlı təkliflərinizi rəylərdə yaza bilərsiniz, maraqlıdır bizimçün. Oxuduğunuz üçün hər birinizə təşəkkürlər. :)

Topluluğun Facebook səhifəsi
Steemit Azerbaijan Community
Topluluğun Teleqram Qrupu
Steemit Azerbaijan
Topluluğun Discord kanalı
Steemit Azerbaijan
Tələbələr üçün Teleqram Qrupu
Steemit Student

Steemit Azərbaycan 3 (3).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Dünən həftəlik hesabatımı paylaşdım
Bu şablonlar yox idi) https://steemit.com/hive-131355/@ceylanmumoglu/club5050-the-diary-game-3-date-26-11-2021-weekly-report-delegation-award-and-dance

Bundan sonra istifafə edərik. Təşəkkürlər😊

Gözəl təşəbbüsdür