Steemit Student Təqaüd Proqramı. Profilin təsdiqlənməsi prosesi

3개월 전
Salam, Steemit Azerbaijan. Bu yazıda Steemit Student Təqaüd Proqramında profilin təsdiq prosesini anladacayıq. Qısaca özət keçək.

Steemit Student_1.png

Steemit Student Təqaüd Proqramı nədir?

Steemit Student Təqaüd Proqramı - Steemit Azərbaycan Topluluğu tərəfindən başladılan, bu topluluq tərəfindən maliyyəşdirilən və yalnızca hazırda universitetdə təhsil alan tələbələri hədəfləyən bir təqaüd proqramıdır.

Hansı ölkədə yaşamağınızdan, hansı ölkənin vətəndaşı olmağınızdan, hansı ölkədə təhsil almağınızdan aslı olmayaraq bu proqrama qoşula bilərsiniz. Yetər ki tələbə olun və bizi tələbə olduğunuza inandıracaq bir sübutunuz olsun!

Steemit Student Təqaüd Proqramına hazırda universitetdə təshil alan istənilən azərbaycanlı, və ya xarici tələbələr qoşula bilərlər.

Tələbə adını daşıyan və bizə müraciət edən üzvlərimiz telegram və ya digər sosial şəbəkələrdən profilin təsdiqlənmə prosesini fərdi olaraq həyata keçirir. Tələbə biletini təqdim edənlərdən təhsil aldığı üniversitet, ixtisası, dünya görüşü və tələbə həyatı haqqında geniş yazı yazması tələb olunur. Və bizim adminlər tərəfindən təsdiq olunmuş sayılır, profilin qarşısında "Steemit-Student" və yaşıl tık əks olunur.

Postlara dair ilk tələbimiz odur ki, paylaşacağınız postun hamısı aşağıdakı tələbləri qarşılamalıdır:

Hansı dildə yazacağınızdan aslı olmayaraq, hər bir post minimum 100 sözdən ibarət olmalıdır
Hər bir postun tağlar bölməsində bu tağlar mütləq ardıcıllıqla qeyd olunmalıdır: #steemexclusive, #steemitazerbaijan, #steemitstudent #az, #tr
Hər bir postda minimum 2 ədəd özünüzə məxsus orijinal foto, və ya video olmalıdır

Sizlər post paylaşdıqdan sonra adminlərimiz postların qaydalara uyğun olub olmadığını yoxlayır və rəy bölümündə belə bir təbrik rəyi görürsünüzsə, deməli, həmin postunuz qaydalar çərçivəsindədir. Əgər heç bir reaksiya görməsəniz, bizlərə müraciət edə bilərsiniz, hər hansı bir düzəliş və qaydalar çərçivəsindən kənar olduğunu anlada bilərik.

image.png

Proje başladılan andan bu günə qədər gözlədiyimizdən də artıq tələbələr müraciət etdi və bəlli sayda qeydiyyat prosesi gerçəkləşdi. Aşağıda adları qeyd olunanlar artıq bu projedə yer alan tələbələrimizdir. Hər birini təbrik edirik.
@aybenizmemmedova, @rnhsynl, @gulshanbayram, @feedanslife

Hörmətlə,

Steemit Azərbaycan Topluluğu

And finally, many thanks to the Steemit Team , especially @steemcurator01 and @steemitblog, for their support in all these endeavours! :)

Facebook səhifəsi
Steemit Azerbaijan Community
Telegram group
Steemit Azerbaijan Community
Discord kanalı
Azerbaijan Steemit
Steemit Azərbaycan 3 (3).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Çox sağolun🙏🏻
Bu sayın daha da artacağını ümid edirəm☺️