Steemit Student Təqaüd Proqramında 3-cü hesabatımız || #club5050 Steemit Student Weekly Report

2개월 전

Salam, dəyərli Steemit Azərbaycan üzvləri. Steemit Student Təqaüd Proqramında artıq 1 ayı geridə qoymuşuq. Proqrama qoşulan bəzi tələbələrimiz artıq ilk təqaüdlərini aldılar və növbəti ayın proqramına başladılar. :) İlk öncə, təqaüdlərini alan bütün tələbələri təbrik edirik! Bəzi tələbələrimiz oldu ki, təəssüf ki, şərtləri tam yerinə yetirmədi və buna görə də təqaüd qazana bilmədi. Üzülməyin, növbəti aya fokuslanın! :) Əgər Təqaüd Proqramı haqqında heç bir məlumatınız yoxdursa, aşağıdakı posta gedib proqramla ərtaflı tanış ola bilərsiniz:

Steemit Student Təqaüd Proqramını açıq elan edirik || Announcement

Son hesabatdan, yəni ikinci hesabatdan bu yana 10 gün keçsə də, bu 10 gündə artıq aramıza 6 yeni tələbə qoşuldu. İlk öncə, qoşulan yeni tələbələri salamlar, onlara çıxdıqları bu möhtəşəm yolculuğda uğurlar arzu edirik. Ümumilikdə isə, qoşulan və əziyyət çəkib füsunkar postlar paylaşan bütün tələbələrə təşəkkürümüzü bildiririk. Sayənizdə topluluğumuz canlandı. Var olun!

Steemit Youtube Video Cover.png

Proqramı elan etdiyimiz son bir ayda, tələbələrimiz durmadan paylaşımlara davam edir. Hazırda proqrama qoşulan tələbə sayı 20 nəfərdir, hansı ki ilk ayın sonuna hədəfimiz də bu idi və bacardıq.

Qoşulan 28 tələbənin hər birinin hesabını müntəzəm nəzarətdə saxlamağa çalışırıq ki, qaydalar pozulmasın, çəkilən əziyyətlər yerdə qalmasın. Telegram kanalımız üzərindən tələbələrlə etdiyimiz müntəzəm sual-cavablar sayəsində deyərdik ki, hər kəs çox gözəl, qaydalar daxilində postlar paylaşır.

Tələbələrimiz qaydalara əməl edir və həqiqətən, çox maraqlı, kreativ postlar hazırlayırlar. Hər birinizə təşəkkürlər! :)

Tələbələrin siyahısı və təqaüdü əladə edəcəkləri tarix aşağıdakı cədvəldə göstərilib:

student list.png

Keçən hesabatdan bu yana aramıza yeni tələbələr qatılıb: @nuraymemmedli, @alsu.server, @esmersadiq, @adalat.ali, @noexcuse1@drothy. Hamınıza bolca uğurlar, dəyərli tələbələr! :)

Müəyyən Məsələlər:

  • Dəyərli tələbələr, işinizi asanlaşdırmaq üçün belə bir qərar aldıq. Belə ki, artıq internet üzərindən götürdüyünüz şəkilləri də postlara əlavə edə bilərsiniz (təbii ki, şəkilə link verməklə) Yəni, daha əvvəlki kimi mütləq öz çəkdiyiniz şəkillər olmalı deyil. Əgər şəkillərə link verə bilmirsinizsə, ümumiyyətlə, şəkillərlə bağlı hər hansısa probleminiz varsa, youtube kanalımızda paylaşdığımız videonu izləməyinizi tövsiyyə edirik: Başqa mənbədən götürdüyümüz şəkillərə necə link verək? || Steemit Dərsləri

  • İkinci olaraq, sizin rahatlığınız üçün Steemit Student adlanan Teleqram Kanalı açmışıq. Hansı ki bu kanalda bütün suallarınızın cavabını tapa, həmçinin yeni şeylər öyrənə bilərsiniz. Xahiş edirik, nə sualınız olsa, bu kanal üzərindən verin ki, digər tələbələr də faydalanmış olsun.

  • Üçüncü olaraq, sizlərdən bir sitəyimiz var. Baxmayaraq ki, biz sizlərin bütün postlarınızı yoxlayırıq, zəhmət olmasa, post paylaşdıqdan sonra postunuzun linkini Tələbələr üçün olan Teleqram Kanalımıza göndərin.

  • Son olaraq, əgər tanıdığınız, yaxşı yazı qabiliyyəti və intellektual tələbələr varsa, xahiş edirik, bu proqrama dəvət edin. Birilərinin inkişafına kömək olacağıqsa, nə xoş bizə!

Bir daha hər birinizə təşəkkür edir, istər Steemitdəki, istərsə də Universitetdəki fəaliyyətlərinizdə uğurlar arzu edirik!

Topluluğun Facebook səhifəsi
Steemit Azerbaijan Community
Topluluğun Teleqram Qrupu
Steemit Azerbaijan
Topluluğun Discord kanalı
Steemit Azerbaijan
Tələbələr üçün Teleqram Qrupu
Steemit Student

Steemit Azərbaycan 3 (3).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Çox sağ olun 🌼