The Diary Game -Better Life Season 3 | 15.11.2021 | SUNDAY BLOG

2개월 전

Salam əziz Steem Azerbaijan ailəsi. Ümid edirəm hər kəs ürəyincə həftə sonu keçirib. Mən Fatimə ilə çox gözəl həftə sonu keçirmişik və sizinlə paylaşmaq üçün səbrsizlənirəm.

Elephant shop

Yolda qarşımıza çox fərqli mağaza çıxdı. İçərisi möhtəşəm və yaradıcı məhsullarla dolu idi, buyurun siz də baxın. Mən özümə qolbaq və fərqli stildə corab aldım.

Bizim bir arzumuz var uzun zamandır. Evimizdə sevdiyimiz tablolardan hazırlayıb asmaq. Ordan öyrəndim ki, böyük çap evlərində düzəltmək olar aşağıdakı möhtəşəm tablodan

Ordan çıxandan sonra da qəşəng yemək yedik. Ərəb hind restoranında.

IMG_20211115_175615.jpg

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Dünya sakinlərinin "anormal" qəbul etdiyi insanların sayəsində incəsənət, fəlsəfə, ədəbiyyat və elm yaranıb. Dünyanı narsissitlərsiz, şizofrenlərsiz, eqoistlərsiz, dəlilərsiz düşünün.. necə maraqsız olardı. Çünki normal insan günü, öz yaratdığı sıxıcı qayda-qanunları ilə çox monoton yaşayar və sıradan, bir o qədər də bəsit düşünərkən, anormal hamının əvəzinə varoluş qayğısı çəkir və xəyal dünyası 8 boyutlu olur. Anormalın xəyalları dünyada yeni yollar açır, rənglər yaradır, baxış bucağını genişlədir.
Bu səbəblə bütün qüsurlu insanları, hekayələri və həyatları sevirəm. Beethovendən Qoqola, və uzandıqca uzanacaq siyahının bütün ölü amma dahi qüsurlularına salam olsun.
Həyatı gözəlləşdirən əzablar yaşayan, ölü və diri canlara təşəkkür edirəm.

"Düşünməyi dayandıra bilmirəm o öz-özünə işləyir" -Alfred Kubin - Digər Tərəf.

IMG-20211115-WA0006.jpg

2qM6R7emm7dUzqimiCUWALVV5Azjzuxs9rpmpFFPRJaLmdzUWhhoNSpGmXGcJttnGdrAcFL7JQfyg7DecV7yg1qzmmfKinHhqWYY3oJktt9qbwWVJSDkzY1dkSV9Lw...k6VuAM57DLE9RbT1faCYnFhdhviVPrPsRnHRe9Kf5vuVmWx6WL4BNGGMu3M4p56gbQKNqwEw57BrMb5Lmt378bjNQLoSoyQ5PWUPS1fDdhHNT7hwdwjiXugzTg.png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT