Hər şeydən biraz..

지난달

Salam çox dəyərli, Steemit Azərbaycan ailəsi. Artıq siz də həyatımın bir parçası olmusunuz deyə bilərəm. Bir neçə gündür yazmıram elə hiss edirəm ki olanları sizinlə bölüşməliyəm.)). Bu aralar daha çox insanlarla deyil də öz özümlə danışıram.
IMG_20211023_125855.jpg
Hər bir problemə özüm çarə tapmağa çalışıram. Məncə insanın özüylə tək qalmağı tək özündən asılı bir şey deyil. İnsan səsinin eşidilmədiyi yerdə susarmış. Həyatı dramatik yaşayan biri deyiləm. Nə olur olsun müsbətə çevirən biriyəm. Sadəcə olur da arada.))
IMG_20211017_161323.jpg
Bu aralar Finlandiya haqqında oxuyuram. Onların təhsili, həyata baxış bucaqları mənə çox heyranedici gəlir.
IMG-20211008-WA0033.jpg
O gün bir yazı oxudum orada yeni doğulan uşaqlar haqqında... Deməli hər bir uşağa doğulan zaman bir qutu paltar və lazımlı əşyalar göndərilir. Bunları göndərdikləri qutunu həm də beşik kimi istifadə etmək olur. Bunun da səbəbi varmış, hansı ki orada doğulan uşaqlar ilk gündən bərabər olsunlar. Məncə çox incə və mənalı bir hərəkətdir.
IMG-20211007-WA0023.jpg
Finlandiya təhsili haqqında hər dəfə oxuduqda bizdə niyə bu sistemin deyil də hansı ki maddi gücümüz çatmadan heç bir kəmiyyət və keyfiyyət baxımından dəyişiklik olmayan kurikulum sistemini seçməyimizi anlamıram...
IMG-20211025-WA0005.jpg

Bir yer düşünün ki şagird özü gedir məktəbə, ev tapşırığı yoxdur və sinifdə heç bir ayrı-seçkilik yoxdur. Necə də qulağa xoş gəlir. Bir sistem yaradıblar ancaq ondan maddi şəkildə istifadə etmirlər sadəcə keyfiyyət əldə etməyi məqsəd qoyublar. Halal olsun adamlara. Bir sözlə heyranam onların təhsilinə.
IMG-20211025-WA0006.jpg

Bu günlük bu qədər.. Gününüz xoş keçsin Steemit Azərbaycan ailəsi..

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Kaşki bizim yaşadığımız yerlərdədə pula yox insanlığa dəyər verilsə.

·

Kaş kii ((

Finlandiya təhsil sistemi dünyanın bir çox yerində arzulanan sistemdir. Vətənimizə də arzulayaq.

·

Bəli, elədir. Bizdə də fəaliyyətə keçər inşallah 🙏❤️