Ay xanım, ay xanım...

지난달

IMG_20210812_200224.jpg

Hələ də yadımıza düşəndə gülürük bir birimizə. Mən normalda əhlikef biriyəm. Əkizlər bürcü olduğum üçün tez tez əhval rihiyyəm və diqqətim dəyişir. Nəysə, keçim mətləbə. Təzə evləndiyimiz vaxtlar idi. Heç 6-7 ayımız tamam olmamışdı. Yoldaşım ilə şəhərə gəzməyə gedirdik. Nəysə xalqlar dostluğu metrosundan mindik İçəri şəhər metrosundan çıxacaqdıq. Təzə evlilər kimi biz də qol qola gəzirdik. Nəysə metroda o qədər sıxlıq vardı ki Aygül qolumdan çıxmalı oldu və qapılardan ayrı ayrı çıxası olduq.

IMG_20210416_190305.jpg

Tam bu sırada Aygül məni itirdi və mənimlə eyni kurtkanı geyinən biri ilə səhv salıb onun qoluna girmək istəyəndə qardaş birdə gördüm ki qışqırır ay xanım, ay xanım gedin başqasının qoluna girin. Mənim bu biri qolum doludur. Görmürsünüz?

İndi mən də tam o sırada gördüm və gülməyə başladım, qaqaşın yanındakı da başladı gülməyə. Belə.... 😂

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Ona görə də təklif edirəm ki, geyimin üzərinə ad soyad yazılsın)))😂

·

Yaxşı fikirdi.

·
·

🤣🤣🤣

Ooo qağa lap faciənin tam kənarından qayıtmısınız ki. 😀

·

demə demə :)