Huzur nə qədər vacibdir?

2개월 전

Huzur, sükunət içində olmaq nə qədər vacibdir? Heç düşmüsünüz?
Zaman zaman uğursuz olan insanlar, müəyyən bir rahatlamadan, huzurdan sonra potensial güclərini ortaya qoyurlar və sonra biz onlar haqqında deyirik ki, vaxt var idi çox çətinliklər çəkirdi.

Dünən ki Avropa Liqasında futbol ələmələri var idi. Azərbaycanın Qarabağ klubundan Polşanın Legia Varşava klubuna transfer olan Azərbaycanlı futbolçu Mahir Emreli demək olar ki Polşada oynadığı bütün oyunlarda həftənin komandasında yer alır. Halbuki bu uşaq 1 il bundan qabaq Azərbaycanda məişət problemləri ilə əlləşirdi. Niyə atasından imtina etdi, nə üçün soyadı Mədətov ikən Emreli etdi. Özü getməli ikən Polşaya nə üçün bacısını və anasını da apardı deyə bütün günü medyada qaralama kampaniyası var idi. Əslində bu ənənələrdən qaynaqlanan bir şeydir. Bizdə ailə məfhumu çox olduğu üçün başqalarının ailələri də bizim üçün maraqlı gəlir. Məhz bu baxımdan şərqdə ailə anlayışı çox tipik və dəyişkən olmaq çıxıb.

Hal-hazırda Polşada bütün polemikalardan uzaq olan, vaxtlı vaxtında maaşını alan Mahir, tamamilə öz işinə (futboluna) fokuslanıb və demək olar ki bütün addımlarında uğurlu olur. Diqqət etmişəm, şərqdən qərbə oxumaq, işləmək üçün gedənlər 90% uğurlu olur. Çünki orda sənin necə geyindiyin, keçindiyin, kimlə yatıb qalxdığının heç kimə bir əhəmiyyəti yoxdur. Sənində çalışdığın yerdəki performansın önəmlidir.

Sizcə də hüzur önəmlidir?

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Adam gəlir, qızıl xırdalayır, gedir.

·

Səhv deyirəm?

·
·

Düppədüz deyirsən. İnsan öz yerində, rahatlıq içində olanda potensialını ortaya qoya bilər. Əks təqdirdə alınmır.

Huzur hər zaman və yetərincə lazımdır. Hər kəsə ən yaxşı arzu elə huzurdur.