Mədəni (culture) ayrı-seçkilik

지난달

IMG url: https://www.hizliresim.com/20dsnxd

Bu yazım sizlərdə qıcıq yarada bilər. Əvvəlcədən söyləyim ki sonra məni söyməyin. Türklərdən məşhur "kültürel ayrımcılık" sözü var. Bizdə tam qarşılığı "mədəni ayrı seçkilik" kimi gəlir səhv etmirəmsə. Kültür sözünün bizdəki qarşılığı "Mədənidir" Mədəniyyət sözünün kökündəki "Din"dən gəlir. Ərəbcədir və Din sözünün "məfailun" babından gəlir. Mədəniyyun. Bu qədər açıqlama yetər.

Bu aralar özümü Yunan musiqilərinə kaptırmışam. Demək olar ki 2 gündür ancaq və ancaq yunan musiqisi dinləyirəm və bizim (Türkiyənin) xalq mahnıların o qədər çox bənzəyir ki özümü ala bilmirəm. Türk dilindən daha şirin bir dil olması da bu mahnılara öz təsirini göstərir.

Daha sonra bunun eynisini bizim Qafqaz xalqlarında da görürük. Bəzən Ermənilər və Gürcülər bizim mahnıları oxuyurlar deyirik. Belə dərinə gedəndə ölkəmizdəki Ləzgilər, Tatlar, Talışlar, Avarlar və s. digər etniklər də oxuyur amma heç qıcıq yaratmır. Çünki onlar bizim ölkənin vətəndaşlarıdır. Onları özümüzdən görürük. Fikir vermişəm ölkələr dəyişəndə onların etnik münasibəti o dəqiqə yadımıza düşür.

əsrlərdir bu torpaqlarda yaşayırlar və yaşamışıq. Sabah içimizdəki hansısa etnik 100 il sonra özlərinə ölkə qurub bizim mahnıları ifa etsələr əmin olun bu da bizdə qıcıq yaradacaq. Çünki fikir verirəm Yunanıstanın xalq mahnıları ilə Türk mahnılarının musiqisində heç bir fərq yoxdur. Musiqi alətlərinə qədər eynidir. Sadəcə ifa etdikləri dil fərqlidir. Trabzon yörəsi ilə Gürcülərin Batum bölgəsi də demək olar ki eyni ifa edirlər mahnılarını.

Belə görünür ki bu bizim üçün də keçərlidir. 5-6 ildir bizim musiqiləri ifa edən ermənilər və gürcülər açığı məndə qıcıq yaratmır və əsəbləşdirmir məni. Bu da açığı əhval ruhiyyətəmə yaxşı təsir edir. Stressiz oluram.

Sizə də tövsiyyəm dərinə getməyin çox. Hətta hazır olun. Çünki çox keçməz Xankəndidəki ermənilərlə birgə yaşamaq məcburiyyətində qalcayıq və onlar da bizim mahnılarımızı toylarında ifa edəcəklər. Gəl ondan sonra yenə əsəbləş görüm necə əsəbləşəcəyik Qarabağ Ermənilərinə.

Məncə düşünməyə dəyər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Valla hamımız Adəmlə Həvva övladlarıyıq. Hamı bir dildə danışsaydı lap super olardı😊

·

Super olardı. Amma reallıq odur ki aləm dəyib bir birinə.