Qəbələ - Duruca kəndi

2개월 전

Sizə danışım nəydən danışım? Qəbələ Duruca kəndi macəramdan danışım. Başımıza nə gəlsə yaxşıdı. Qohum toyundan çıxmışdım. Yorğun idim. Dedim gedib biraz dağ havası alım. Nəysə xaloğlunu da yanıma alıb getdik dağ tərəfə. Tam Laza körpüsünə dönəcəkdim ki, dedim xaloğlu gəl duruca tərəfə gedək. Nəysə sükanı sola çevirib getdik Duruca kəndinə. Kəndin girişində bizi Tufandağ İstirahət Mərkəzinə qədər olan asfalt yol qarşıladı və Tufandağdan sağa dönən kimi qruntavoy yola salam verdik. Üzü yuxarı kəndin girişində artıq bir çayxana fəaliyyət göstərirdi.

Çayxanada bir çay içdik heçnədən sadə bir çaya 5 manat verib kor peşman durduq. Hava rayon mərkəzində isti olsa da duruca kəndində hava sərin idi amma günəşli idi. Nəysə xaloğluyla dedim gedək Duruca kəndinin ən axırıncı evinə tərəf. Yollandıq və kəndin sonuna çatanda yağış səpələyirdi. Videonu tam çəkdim geri qayıtmaq istəyəndə leysana düşdük. Kəndin ayağına çatanda yenidən günəş çıxmışdı amma göy şaqqıldayırdı. ildırım çaxırdı.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

5 manatı deməsəydin olmazdımı, a qıvlasız?))

·

Lap 150 SP yadıma düşdü)))

·

1 manatlıq çaya öyrəşmiş adamlarıq.

·

A başına dönüm, 5 manata çay olar. 1 kq`lıp çay qutusundan 200 çaynik çay hazırlamaq olur. Yəni hazırlayırlar. İnsaf da bir yerə qədər. 1 maksimum 2 manat yaxşı qiymətdi. :)

Ora qədər gedib duruca şəlaləsinə getməmək .

·

Duruca şəlaləsində ən az 10 dəfə olmuşam. Maraqlı gəlmir artıq mənə əvvəlki kimi :)

Steemitə geri dönüş münasibəti ilə təbrik edirik))

·

Təşəkkür edirəm əxim.