Qartallar yüksək uçar

3개월 전

Qartallar orta hesabla 80 il yaşayır. 40 yaşında yol ayrıcının sonuna gəlirlər. Dimdikləri, caynaqları, lələklər və qanadlar köhnəlmiş, uzanmış və zəifləmişdir. Uçmağa gücü taqəti olmur. Ya ölümü gözləyəcək, ya da həyat uğrunda mübarizə apararaq yenilənəcəkdir.

Qartallar 5-6 ay dağların zirvəsinə çəkilir, möhkəm qayalara sürtərək dimdiklərini qırır və yeni dimdiklər çıxır. Yenilənmiş dimdik ilə caynaqlarını qoparır və yeni caynaqlar ortaya çıxır. Sonra yeni dimdik və caynaqları ilə lələklərini və qanadlarını qoparır və yeni lələklər və qanadlar ortaya çıxır. Və qartal bu çox ağrılı, qanayan, fədakar 5-6 aylıq sağ qalma döyüşündə qalib gəlir.

Və beləliklə qartal yeni bir həyata qanad çırpır. Əzab çəkmək və əvəzini qanı və əziyyəti ilə ödəməklə cavanlaşır, təravətləndirir və rahat uça biləcəyi nöqtəyə gəlir. Bu yenilənmə ilə özünü ikinci 40 yaşına hazırlayır.

Bir insan əzab və travma yaşamış ola bilər, ancaq bir qartal kimi, bir yaradıcılıq zərurəti olaraq bir insanın qarşısında həmişə yeni imkanlar yaranır. Bir insan ya kədər içində qırılan viran bir insan ola bilər, ya da sığ və məhsuldar olmayan bir həyat yaşayır. Və ya bir qartal kimi bədəl ödəyərək ağrılı bir prosesi keçir, terapiya müddətini keçir və ağrısını, mənfi düşüncə və hisslərini yeniləyə bilər. Gedə bilməsə belə, yeni bir həyat üçün həmlə edə bilər və həyata son və təsirli bir zərbə vura bilər. Korlaşmış düşüncə mərkəzini aktivləşdirərək yeni seçimləri görməyə başlaya bilər. Həyatının sahibi kimi yeni bir bahara qədəm qoya bilər.

Həyat mübarizə etməkdən ibarətdir əslində. Mübarizə etməlisən ki, yeni bir addım atmağa hər zaman gücün olsun.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Maraqlı məlumat idi və sonunu insan həyatına bağlamağın gözəl. Bəli, həyat mübarizə etməkdən ibarətdir.

·

Həqiqətən bu dünyada real olan tək şey, həyatın mübarizədən ibarət olmasıdır.