Sizcə kim haqlıdır?

지난달

1111.jpg

Haqlılıq prizması əslində o qədər bəsit meyarlar üzərində aparılır ki bəzən həqiqətin kütlələr tərəfindən qəbul edilməməsi onun yalan olmasına gətirib çıxarır. Kim demişdi bu sözü tam xatırlamıram amma belə bir ifadə var: Bir şeyi milyonlarla insan söyləyir deyə o şey həqiqət deyil. Və yaxud həqiqəti sadəcə bir nəfərin söyləməsi onun həqiqət olmadığını ehtiva etmir...

Beynəlxalq məsələlərdə tərəf olduğumuz üçün həqiqətlər də o prizmadan ölçülür. Dostumuz, dost bildiyimiz ölkələr, qurumlar, şirkətlərin hər birinin öz doğruluq prizması və kamerası var. Çünki hər kəs kamerasını öz əlinin çatdığı yerə yerləşdirib və gördüyü həqiqətlər də o kameranın yeri qədər nisbdir. Ona görə də doğruluq prizmasında kimin haqlı və ya haqsız olduğunu ancaq tərəfsiz kameradan baxdığımız zaman görünür və yaxud tam başqa bir şey olduğu ortaya çıxır.

Kimsə sizə tamam başqa prizmadan baxmaq haqqı versə nə görərdiniz və aşağıdakı sualı sizə ünvanlayıram sizə.

Bu dünyadan deyilsiniz və əlinizdə bu dünyadakı problemlər haqqında heç bir məlumat yoxdur amma sizə elə bir kamera veriblər ki və siz bu kameranı o qədər uca bir yerə yerləşdirmisiniz ki, ordan Azərbaycan - Ermənistan müharibəsinin bütün səhnələrini "irəli, geri, durdurub yenidən baxmaq" şansına sahibsiniz. Hər şey detallı görürsünüz.

Sizcə həqiqətlərə hər zaman bu prizmadan baxmalıyıq yoxsa nisbi kameralar da vacibdir?

Bu sualı özümə verdim və bu kameradan sadəcə və sadəcə İNSAN FACİƏSİ gördüm.

Siz bu kamerada nə görürsünüz dostlar. Diqqətlə baxın.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

O kamera vıcdandı, Vasif. Bax, heç kəsin bizim yanımızda olmadığı və bizi yarğılamadığı halda özümüz narahatıqsa, içimizdə bir peşmanlıq hissi varsa, haqlı deyilik demək. Sənin yazılarını çox sevirəm bu arada:)

·

təşəkkür edirəm Nurəngiz xanım. Amma Allahşükürün dediyinə görə vicdanı ömrü həyatında heç görməyib :)