Steemit`də bir zamanlar!

지난달

Yeni gələnlər xatırlamaz bir zamanlar steemitdə hər şey güllük gülüstanlıq idi. Hətta o dərəcədə güllük gülüstanlıq idi ki bir şəkil paylaşaraq 20-40 dollar arası pul qazandığımız vaxtlar idi. Mən o günləri 2 ay ancaq görə bildim. Sonra Ned Steemitə dəyişiklik etdi və Moderatorlar yerləşdirdi və beləliklə bir dövrün sonu bitmiş oldu.

Ən çox pul qazandığımız platformalar aşağıdakı idi. Şəxsən mənim qazandığım.


IMG Url: https://www.hizliresim.com/dos1gzp

1. Utopian-İO

Utopian İO dünyaca məşhur olan GitHub Proqramlama saytını özünə əməkdaş olaraq Steemit`ə gətirmişdi. Steemitdəki dizaynerlər və proqramçılar Github saytında yarım qalmış işləri tamamlayırdılar. Logo, Dizayn, brandbook və Proqramlama işlərində ordakı proqramistlərə dəstək olurdular. Ned də bunu dəyərləndirib qarşılığında Steemitdəki abunələrə qəşəng pul verirdi. 75-250 USD dəyərində. Mən sonra vaxtlarında çatdım və sadəcə 2 dəfə 75 USD qazana bildim. Çox bərəkətli vaxtları idi. Hal-hazırda fəaliyyətini dayandırıb. bu platforma.


IMG Url: https://www.hizliresim.com/qsqu52a

2. Dtube

Dtubenin hər adı çəkiləndə deyirəm ki ah ah ah nərdəəəə o eski bayramlar. ƏN çox çörəyini yediyim platformalardan biri idi. DTUBE Youtube kimi video yayınlama platforması idi. Çörəyini ən çox yediyim deyiərm çünki YouTube kanalımda dizayn dərsləri ilə bağlı çəkdiyim videoları Dtubedə də paylaşırdım və hər iki videomdan birinə mütləq olaraq 15-20 USD arası qazanırdım. Çox təəssüf ki Dtube də Steemitdən ayrıldı. Hamısı artıq özünə USER yığdıqdan və Ned bu platformaları ləğv etdikdən sonra öz saytlarını açıb fəaliyyətlərinə davam edirlər.


IMG Url: https://www.hizliresim.com/qsqu52a

3. Dlive

Dlive isə Twitch online platformasının rəqibi sayıla bilər. Hətta sizə deyim ki Dlive loqosunu yeniləmək üçün belə burda yarış keçirdi və qalibə müəyyən məbləğdə steem USD də verdi. Canlı (Live) Platformada oynadığınız oyun, söhbət, tədris hər nə istəyirsinizsə sizə məxsus bir şey paylaşırdınız və müqabilində sizə pul verirdilər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

İndidə bunlardan pul qazanmaq olur?

·

Xeyr təəssüf ki. Steemit üzərindən qazanmaq olmur. Amma ki öz saytına girərək ordan pul qazana bilərsiniz təbii ki.

Düzdü, o proqramlardan istifadə eləməmişəm. Amma buraların gülüstan olduğu vaxtlar yadımdadı)