Tələbin təklifi ödəyə bilməməsi.

지난달

Özüm.jfif

Hansı sahədə müştəri ilə işlədiyindən asılı olmayaraq bu problemi tez-tez yaşayanlar çox daha yaxşı başa düşəcək nə demək istədiyimi. Bizim kimi ölkələrdə, bizim kimi deyirəm çünki biz fərqli dünyanın ölkəsiyik. Problem ondadır ki tutduğun vəzifə 90% öz gücünlə gəldiyin yer deyil. Kiminsə qohumusan, dəstək veriblər, atadan miras qalıb, qohumbazlıqla gəlmisən və s. olur. Bu da bir çox problemləri bərabərində gətirir. Çox əziyyətlə gördüyün peşəkarca yeni trendə uyğun işi müştəriyə qəbul elətdirə bilmirsən, çünki müştərinin səviyyəsi hələ ora çatmayıb. Adətən bunun səbəbləri çox vaxt aşağıdakı kimi olur.

  1. Yuxarıda qeyd etdiyim milli ornamental yöntəmlər.
  2. Cahillikdən.
  3. 10-15 milyonluq şirkətin sahibi olmasına baxmayaraq yeyib içməkdən başqa heç bir mədəni trendi təqib etməməsi.
  4. Öz işindən başqa heç bir yenilikçi fikri maddi və yaxud mənəvi olaraq dəstəkləməməsi.
  5. Şirkətlə bu işləri görən kifayət qədər vakansiyada işçisi olmasına baxmayaraq bəsit işləri belə işçilərinə həvalə etməməsi azmış kimi, onlara da özü qərar verməsi. (qeyri-peşəkarcasına)
    6 ....

6.dan sonrasını siz doldursanız sevinərəm.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
STEEMKR.COM IS SPONSORED BY
ADVERTISEMENT
Sort Order:  trending

Bəlkə də, kobud çıxacaq bu problemlərin özülü düzgün idarəetmənin olmamasıdır və buna şərait yaradılmasıdır. Bir sözlə hər tərəfli monopliyadır. Bəzi işlərə tapşırıqla düzələnləri qınamıram. Əgər vəzifəsindən istifadə edib düzgün idarəçilik edirsə, sağ olsun yoxsa neqativliyə iş görürsə ona ar olsun. Dünən iş elanlarına baxdım köhnə yerimdə qeyri-rəsmi 7 amma rəsmi 5 il işləməyimə baxmayaraq artıq bu fabrik köhnə fabrik deyil cümləsini asanlıqla deyə bilərəm. Açığı bu şirkətə cv-ni dostum atmışdı. O burada işləyirdi.Sıradan bir işçi olub. Sağ olsunlar gözəl dəyərləndirib onu işdən azad etdilər. Nə xoş mənim halıma ki, onun başını aşağı salacaq işlər görməmişəm ALLAHA çox şükür. Sadəcə burada ilişib qalmağına Səbəb yaşayış yerimə yaxın olmasıdır. Bakının tıxaclarından, yol yorğunluğundan uzağam. Araşdırdığım saytlarda Maşallah elə vakansiya yerləri varki, danışılası deyil. Siz özünüz də, gözəl bilərsiz insana necə ümid verib gözü yolda saxlayırlar. Bunların başında duran səhv idarəedicilikdir. Ən yaralı yerimizdən biri də, iş təcrübəsi. Əsgərlikdən gələn şəxs gənc 1-3 illik stajı haradan alsın? flash kartla satılmırki, insan da robot ola. Ala maqazindən yükləyə özünə. Əsas bədbəxtliyimizdə bundadır

Sağlıqlarına qismət halal xoşları olsun. Ofis yerli-yersiz adamla doludur. MAŞALLAH maaş da 500-600 başlayır. Sexdə işləməyə işçi istəyirsən deyilir ki, əlavə kommersiya xərcləridir. Xoşundu budur, istəmirsən NBM açıqdır. Nəisə danışdıqca əsəbləşir adam.. STRUKTUR DÜZƏLMƏYİNCƏ, VƏTƏNDAŞA, İŞÇİYƏ HÖRMƏT ETMƏK OLMADIQCA BUNDAN BETƏR VƏZİYYƏT OLACAQ

Burda mövhumatca davranacam. Bəxt məsələsi də var) Bəxtin gətirib gətirməməsi

  1. Kiçik qazancları, əsaslı xərclərdən üstün hesab edənlər. Xərc olmasın deyə işçinin sayını azaldanlar.
  2. Müdürlük havasında olub mənim işçim mənim köləmdir havasında düşünənlər və s.